Ukrayna paytaxtı Kiyevdə azərbaycanlılardan ibarət silahlı dəstə ilə yerli silahlı dəstə arasında atışma olub. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev APA-ya bildirib ki, hadisə ötən gün yerli vaxtla saat 13:00 radələrində baş verib.
Hadisə zamanı yerli dəstənin üzvlərindən 3 nəfər yaralanıb. Onlar hazırda xəstəxanadadırlar.
Hadisə zamanı yaxınlıqdakı milis patrul xidmətinin müdaxiləsi nəticəsində qaçan azərbaycanlıları mərkəzi "Bessarabski” bazarı yaxınlığında saxlamaq mümkün olub. Onlar saxlanılan zaman milisə müqavimət göstəriblər. Azərbaycanlılara məxsus avtomobildən külli miqdarda silah-sursat aşkar olunub.