"Azərbaycanla Ermənistan arasında baş verən münaqişənin ən faciəvi nəticələrindən biri minlərlə insanların, qadınların, uşaqların itkin düşməsidir”. APA-nın məlumatına görə, bu barədə Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin ATƏT Daimi Şurasına ünvanladığı müraciətdə deyilib.
Müraciətdə qeyd olunub ki, Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən 4500 azərbaycanlın taleyi barədə məlumat yoxdur: "İtkin düşmüş insanlarla bağlı vəziyyət onların ailələrinin ciddi əziyyət çəkməsinə, regionda gərginliyin artmasına və münaqişənin sülh yolu ilə həlli prosesinin ləngiməsinə səbəb olur. İtkin düşmüş şəxslərlə bağlı humanitar məsələlər siyasi alət kimi istifadə olunmamalı, münaqişənin siyasi həllindən asılı olmamalıdır. İtkin düşmüş şəxslərin taleyi barədə məlumat almaq onların ailələrinin fundamental hüququdur və təmin olunmalıdır. Münaqişə tərəflərinin itkin düşmüş hesab edilən şəxslərin taleyi ilə bağlı mümkün tədbirləri həyata keçirməsi və onların taleləri barədə ailələrini əldə olan bütün məlumatlarla təmin etməsi beynəlxalq humanitar və digər beynəlxalq hüquqda öz əksini tapıb”.