Könüllü olaraq Azərbaycan tərəfinə keçmiş erməni əsgəri Andranik Qriqoryanın atası Ararat Qriqoryanı polis saxlayıb. APA-nın Ermənistanın epress.am saytına istinadən verdiyi xəbərə görə, ata Qriqoryan Martunidəki polis bölməsinə aparılıb.
Bu gün jurnalistlərə açıqlama verən Ermənistanın müdafiə naziri Seyran Ohanyan deyib ki, Qriqoryanın Azərbaycan tərəfinə keçməsinin səbəblərini onun ailəsində axtarmaq lazımdır.
Qeyd edək ki, onun saxlanılan səbəbi və sonrakı taleyi barədə erməni KİV-də heç bir məlumat verilmir.