Bu barədə Almaniya XİN Azərbaycanın həmən ölkədə olan səfirliyinə xəbər verib. Bunu Trend-ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. Bu ilkin məlumatdır, araşdırmalar hələ də davam edir.
Aviaqəza haqqında xəbərin yayılmasından dərhal sonra Azərbaycanın Xarici İşlər Nazirliyi Fransada, Almaniyada və İspaniyada ölkələrin səfirliklərinə təyyarənin sərnişinləri arasında Azərbaycan vətəndaşlarının mövcudluğunu öyrənməyə tapşırdı.
Germanwings aviaşirkətinin "Airbus A320" tipli təyyarəsi çərşənbə axşamı Alp dağlarında qəzaya uğrayıb. Son məlumatlara görə, Barselonadan Düsseldorfa uçan laynerin qəzası nəticəsində 150 nəfər həlak olub.