Ukraynada azərbaycanlı iş adamı, diaspor nümayəndəsi hücuma məruz qalaraq qarət olunub.
Donetsk vilayətinin Krasnoarmeysk şəhərinin Azərbaycanlılar Cəmiyyətinin sədri Şahin Bəylərov APA-ya bildirib ki, hücuma məruz qalan şəxs əslən Azərbaycanın İmişli rayonundan olan Ukrayna vətəndaşı, 59 yaşlı Rza İsmayılovdur.