Bazar günü günü, 08 noyabr 2026
     

Hafiz Məmmədov: “Mənim adamlarımı daşla qovurlar”

Image


Azərbaycanın tanınmış iş adamı, "Baghlan Group”un prezidenti Hafiz Məmmədov "Palmali” şirkətinin prezidenti Mübariz Mənsimovun ona borcu olması ilə bağlı bir neçə gün əvvəl mətbuata verdiyi açıqlamaya aydınlıq gətirib. O, "Qafqazinfo”ya geniş açıqlama verib.

Məmmədov bildirib ki, onun Mübariz Mənsimovun ödəməli olduğu pulla bağlı verdiyi açıqlamaya qarşı tərəfdən adekvat reaksiya verilməyib. Onun sözlərinə görə, sentyabrda "Lans” klubunun bank qarantiyası üçün ödəməli olduğu pulun 4 milyonunu ödəyib:

"Hazırda vəziyyət elə həddə gəlib çatıb ki, durum çox kritikdir. Təsəvvür edin ki, mənim adamlarımı "Lans”dan daşla qovurlar. Görün, mən "Lans”ı nə vəziyyətə qoymuşam, bu durumdan özüm xəcalət çəkirəm. Mən ora 18 milyon pul ödəməli idim, bu pul əvvəlcədən klubun hesabına yatırılmalı idi. Dedim ki, əvvəlcədən pulu ödəmək mənasız olar, biz ödəmələri hissə-hissə həyata keçirərik. Halbuki, digər klublar vəsaitləri öncədən ödəyirlər. Fransa Futbol Federasiyası bizə güzəşt etdi, lakin vaxtında ödəyə bilmədik. Onlar hər dəfə bizə güzəştə gediblər. Bu gün bizim ödəməli olduğumuz 14 milyon borc var. Bu pulu ödəməməyin variantı yoxdur. Artıq son gündür, məbləğ ödənilməlidir. Açığı, mən niyə bu vəziyyətə düşdüm, əslində ağılsız adam deyiləm. Mənə ümumiyyətlə, biznesdə "Sistem Hafiz” deyirlər. Çünki hər şeyi hesablayaraq görürəm. Məni pis vəziyyətdə qoydular. Kimlər ki, pullarını ödəməli idilər, ödəmədilər. Öz öhdəliklərini yerinə yetirmədilər. Söhbət konkret haqqında danışdığım adamlardan biri "Palmali” şirkətinin prezidenti Mübariz Mənsimovdan gedir”.

Məmmədov açıqlamasında bildirib ki, Mənsimovdan təyyarə almalı idi və bunun üçün əvvəlcədən 8 milyon ödəyib:

"Daha doğrusu, mən təyyarə istəyirdim, o da satırdı. Bunun üçün 2009-cü ildə onlara 8 milyon pul ödədim. Təyyarənin qiyməti 24 milyon idi, söhbət avrodan gedir. Mən yerdə qalan 16 milyonla Mübariz Mənsimovun İsveçrə bankındakı borcunu bağlamalı idim. Bu söhbət təxminən 6 il əvvəl olub. Səkkiz milyon ödədikdən sonra bəzi problemlər baş verdi. Mən biznes adamı olaraq problemlərimin yarandığını gördüm. Sonra biz razılaşdıq ki, onlar mənim ödədiyim pulu geri qaytarsınlar. Əvəzində isə mən təyyarəni geri verdim. Bir müddət sonra "Palmali”dən ödədiyim pulun tən yarısı ödəndi, yəni 8 milyondan 4 milyonu. Həmin vaxtdan indiyə kimi günü-günə satmaqla pulumun qalan hissəsini ödəməkdən imtina edirlər. Təyyarəni isə, səhv etmirəmsə 2013-cü ilin iyununda başqa bir şirkətə satıb İsveçrə bankına olan borclarını ödəyiblər. Mənim pulumun qalanını isə geri qaytarmırlar. Aramızda bununla bağlı yüzlərə məktublaşma həyata keçirilib. Orada söz veriblər ki, borclarını ödəyəcəklər. Halbuki, mən bu pulu onlardan istəməməli idim. Onlar mənim vəziyyətimi görüb özləri gətirib ödəməli idilər. Gör, durum nə yerə çatıb ki, onların ödəməli olduğu pulu çıxıb mətbuat vasitəsilə istəyirəm. Mübariz Mənsimov da, onun qardaşları da Azərbaycan üçün dəyərli insanlardır. Lakin mən də bu pulu cibimə qoymaq üçün istəmirəm. Azərbaycan üçün çox əhəmiyyətli olan bir sahəyə qoyduğumuz yatırımla bağlı ödəniş etməliyəm. Bu gün axırıncı günümdür, saat 6-ya kimi vaxtımız var. Yenə də ümid edirəm ki, Mübariz Mənsimov bir oliqarx olaraq, bu pulu qaytaracaq. Əslində bu, oliqarxa yaraşan hərəkət deyil. Hər kəs biznes etikası və qaydalarına uyğun davranmalıdır.

Mənim açıqlamamdan sonra replika veriblər ki, guya onlara ödədiyim pul təyyarə üçün beh olub və yerdə qalan vəsaiti ödəyib təyyarəmi gedib götürə bilərəm. Halbuki 8 milyondan beh olmaz və təyyarə alış-satışındakı beynəlxalq biznes qanunlarına görə də behin batmaq söhbəti yoxdur. Beh geri qaytarılmalı olan borcdur. Əgər məsələ behdən gedirsə, o 8 milyonun 1 milyonu öncədən beh kimi ödənilib, digər 7 milyonunda isə halallaşmışıq. Yenə də deyirəm ki, pulu geri ödəməməyin alternativi yoxdur”.

İş adamı həmçinin, dəfələrə mətbuatda maddi durumunun kritik olması ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib:

"Bu dəqiqə dünyada ən zəhləm gedən söz "darıxma yaxşı olacaq”dır. Belə sözləri demək olar ki, hər gün eşidirəm. Həm "Bakı Taxi”, həm də "Trans Qeyt”in operatoru mənim şirkətimdir. Bayaq dediyim kimi, həyatda belə dərs almamışdım, hamını tanıdım. Yanımda olan insanlar da çox oldu. Xüsusilə "PaşaBank” "Mərkəzi Bank” və "Kapitalbank”a minnətdarlığımı bildirirəm. Onlar məni vəziyyətdən çıxardılar. Demək olar ki, bir çox borclarımı bağladılar. AFFA-nın "Bakı” klubuna ödədiyi vəsait isə "Paşa Bankın"ın bizə ayırdığı kredıtdır. Mən son 11 ildə Azərbaycan futboluna ürəyimi vermişəm, kiminsə 3-5 qəpiklik minnətini götürə bilmərəm”.

Məmmədov "Lans” və "Bakı” klubunun Anar Məmmədov tərəfindən əlindən alınması ilə bağlı mətbuatda yazılanlara da münasibət bildirib:

"Guya "Bakı” klubunu əlimdən aldılar, hansısa evimi girov götürdülər. Bütün bunların mənası yoxdur. Yəni mən o günə qalmışam ki, 100 min tapıb "Bakı”nın işçilərinin maaşını verməyim? Qəti olaraq bildirmək istəyirəm ki, mən nə "Lans”ı, nə "Bakı” klubunu heç kimə verən deyiləm. Nə etməli olduğumu yalnız bu ölkənin rəhbərliyi deyə bilər. Əgər məsləhət olsa, mənim dövlətimin rəhbərliyində olan şəxslər deyərlər ki, bu addımı at, mən də ataram. Ancaq kiminsə gəlib mənim əlimdən klub alması, yerimə keçməsi həyatda mümkün deyil. Mənim Hafiz Məmmədov olmağım və insanlara verdiyim sözlərə necə sadiq qalmagım tezliklə məlum olacaq. Yetər ki, bizim biznes tərəfdaşlarımız, alver etdiyimiz insanlar üzərlərinə götürdükləri öhdəlikləri vaxtında yerinə yetirsinlər”.

Hafiz Məmmədov sonda qeyd edib ki, ola bilsin ki, barəsində çoxlu şayiələrin yayılmasına səbəb vaxtı-vaxtında mətbuata çıxmaması olub: "Əslində mən vaxtaşırı olaraq mətbuata çıxmalı və durumu dəqiq ifadə etməli idim”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ