ABŞ Dövlət Departamenti "Narkotiklərə nəzarət üzrə beynəlxalq strategiya - 2015” adlı illik hesabatını açıqlayıb.
APA-nın Dövlət Departamentinin saytına istinadən verdiyi məlumata görə, hesabatın Azərbaycanla bağlı hissəsində bildirilir ki, Azərbaycan Əfqanıstan və İrandan Avropa və Rusiyaya gedən əsas narkotrafik marşrutları üzərində yerləşir: "Azərbaycan son illərdə sərhəd nəzarətini gücləndirmiş Türkiyə kimi qonşu ölkələr vasitəsilə narkotiklərin daşınması üçün də tranzit ölkə ola bilər. Azərbaycan hökuməti Dağlıq Qarabağ və ətraf işğal olunmuş ərazilərdə beynəlxalq sərhədlərin təhlükəsizliyini təmin edə bilməməsi ilə bağlı narahatlığını dəfələrlə ifadə edib”.