Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamının icrası başa çatıb. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildiriblər ki, əfv sərəncamına düşən məhbuslar cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıblar.
Qeyd edək ki, sərəncam ümumilikdə 101 nəfərə şamil edilib. Əfv olunanlar arasında 2 Gürcüstan vətəndaşı da var.
Sərəncama uyğun olaraq, 90 nəfər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 90 nəfər cəzanın çəkilməmiş hissəsindən, islah işləri cəzasına məhkum edilmiş 4 nəfər cəzanın çəkilməmiş hissəsindən və cərimə cəzasına məhkum edilmiş 7 nəfər cəzadan azad ediliblər.