"Əgər kimsə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti öyrənmək istəyirsə, ilk növbədə, erməni təcavüzü nəticəsində hüquqları pozulmuş bir milyondan artıq qaçqın və məcburi köçkündən başlamalıdır”. Bu barədə Trend-ə Milli Məclisin deputatı Sevinc Fətəliyeva Avropa insan hüquqları komissarı Nils Muyjnieksin İntiqam Əliyevin işi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciətinə münasibət bildirərkən deyib.
S.Fətəliyeva qeyd edib ki, əgər Azərbaycanda kimsə həbs edilirsə, deməli, bunun hansısa səbəbləri var, hansısa cinayət əməlinə yol verib: "Azərbaycan hüquqi dövlətdir, hər kəs qanun qarşısında bərabərdir və əgər kimsə cinayət əməlinə yol verirsə, qanun qarşısında cavab verməlidir. Bununla məşğul olan müvafiq dövlət qurumları var. Azərbaycanın Konstitusiyası var, beynəlxalq standartlara uyğun qanunları var və nə addım atılırsa, qanun çərçivəsində atılır. Hansısa beynəlxalq təşkilatların bu məsələləri müzakirə etməsi ölkənin daxili işinə qarışmaq deməkdir”.