AŞPA-nın həmməruzəçiləri Pedro Aqramunt və Tadeus İvinski, o cümlədən Dağlıq Qarabağ məsələsi üzrə həmməruzəçi Robert Volter qurumun ötən gün keçirilən komitə iclasında Azərbaycana səfərlərinin nəticəsi ilə bağlı çıxış ediblər.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov APA-ya açıqlamasında bildirib ki, onlar Azərbaycanla bağlı çıxışlarında iki əsas məsələyə toxunublar.