Ermənistan Dağlıq Qarabağ münaqişəsi çərçivəsində böyük sülh sazişi üzərində işləmək üçün işçi qrupunun yaradılması təklifindən imtina edib. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov deyib.
Nazir deyib: "Ermənistan tərəfinin son çıxışları imkan vermir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların vəziyyəti ilə bağlı optimist olum”.