Bazar günü günü, 08 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
TÜRKSOY - türk dünyasının UNESCO-su
Tarix: 18.03.2015 / 02:55
Bölmə: Gündəm
Türksoylu jurnalistləri mükafatlandırma tədbirləri bunu bir daha sübut edir
Azərbaycan Respublikası Prezidenti yanında Kutləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondundan aldığım xoş xəbər məni az qala uşaq kimi sevindirdi: TÜRKSOY-un (Uluslararası Türk Mədəniyyət Təşkilatı) baş katibi Düsen Kaseinovun imzası ilə göndərilən məktubda "TÜRKSOY-un Mətbuat Mükafatı"na layiq görülənlər sırasında mən də var idim.
Eyni zamanda məktubda o da bildirilirdi ki, "TÜRKSOY-un Mətbuat Mükafatı"na layiq görülən media nümayəndələri onlar üçün hazırlanmış bir həftəlik xüsusi proqramda iştirak üçün Türkiyəyə dəvət olunur və bütün xərclər TÜRKSOY təşkilatı tərəfindən ödənilir.
Bakıdan qarlı-boranlı bir gündə çıxsaq da, İstanbul bizi təkcə mənəvi istiliyi ilə yox, həm də çox ilıq bir ab-havası ilə qarşıladı. Bəzi yerlərdə təmizlik işlərindən sonra qalan və diqqəti cəlb edən qar yığnaqları bir-iki gün öncə televizor ekranlarında gördüyümüz qarlı-çovğunlu İstanbulu yenidən xatırlatdı. Amma qış günəşinin o qədər də isti olmayan hərarətində belə qorxan qar-boran sanki canını qurtarmaq üçün son mübarizəsini
aparmaqda idi. Ankarada isə hələ soyuq sazaqlar əsməkdə idi. Bütün hallarda bu soyüqlar da Bakıda hərdən bir gördüyümüz, amma bu dəfə bizi Heydər Əliyev adına Beynəlxalq Hava limanından az qala doğmalarımız qədər isti, amma "qarla yola salan" havadan sonra heç eynimizə deyildi. Ankaranın "İlci" otelində bizi qonaqpərvərliklə qarşılayan insanlarla ilk tanışlıqlarımız başladı: qarşılanma mərasiminə TÜRKSOY-un Azərbaycan nümayəndəsi Elçin Qafarlı xanımı ilə gəlmişdi. Turkiyə Cumhuriyyəti Baş nazirlik Mətbuat, Nəşr və İnformasiya İdarəsi rəisinin məsul əməkdaşı Mahmut Buğra Doğan və TÜRKSOY-un ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Səlim bəy də jurnalist heyətini qarşılayanlar sırasında idilər. Elə ilk tanışlıqdanca onların yaratdığı səmimiyyət, diqqət və qayğı hər kəsdə səmimi bir fikir yaratdı: sanki bu adamları illərdir tanıyırsan, illərlə tanıdığımız doğmalardan biridir onlar... Nə yaxşı ki, tədbirlərin sonuna kimi bu qənaət bizi tərk etmədi, əksinə, bir az da möhkəmləndi və artdı.
Bu sıraya dağıstanlı həmkarımız, "Yoldaş" kumuk milli qəzetinin redaktoru Kamil Əliyevin, Başqırt Dövlət Televiziyasının və "Başinform" Xəbər Agentliyinin əməkdaşları Gülnaz Yaqubovanın və Leyla Ismuratovanın, Kipr Türk Cumhuriyyətindən qəzetci dostlarımız Məhəmməd Moreket və Əhməd Tolgayın, Türkiyədən "360 TV"-nin yayım rəhbəri Çingiz Özdemirin, Trabzonun "Taka" bölgə qəzetinin baş redaktor müavini Yusuf Turqutun, Qırğızıstan televiziyasının redaktoru Aynura Aldaşevanın, Tatarıstandan "TATMEDIA" Dövlət Xəbər və "Tatar-Inform" Agentliklərinin əməkdaşları Rimzil Valeyevin, Liutciia Kamalovanın, Hakasyadan (RF) "Şəms" qəzetinin köşə yazarı Olqa Zernakovanın və başqalarının adları da əlavə olundu. Beləliklə, 10 türkdilli ölkədən seçilmış 18 media mənsubunu böyük Türkiyə qayğı və məhəbbətlə bağrına basdı. Proqram çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Respublikası, Türkmənistan, Makedoniya, Başqırdistan, Dağıstan, Hakasya və Tatarıstandan gələn mətbuat mənsubları 22-28 Fevral 2015 tarixləri arasında Ankara, İstanbul və Kapadokyanı ziyarət etdilər.
Jurnalist heyəti ilk olaraq Ankarada görüşlərə qatıldı. Ankara proqramı çərçivəsində TÜRKSOY-da, T.C. Baş Nazirliyi Mətbuat, Nəşr və İnformasiya Müdirliyi, Baş nazirlik Yurtdışı Türklər və Qohum Topluluklar Nazirliyi, Baş Nazirlik Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Nazirliyi (TİKA), Türkiyə Radio və Televiziya Təşkilatı (TRT), Baş Nazirlik Afet və Təcili Yardım Rəhbərliyi Başçılığı və Xarici İşlər Nazirliyində keçirilən görüşlər təkcə informasiyalılıq baxımından deyil, həm də böyük türk dünyasını daha yaxından tanımaq üçün hər birimizə böyük bir şans vermiş oldu. Jurnalist heyətinin üzvlərinin görüşlər çərçivəsində səlahiyyətlilərlə qazandıqları təmaslar bir daha sübut etdi ki, Türkiyənin bölgə ilə bağlı daxili və xarici siyasəti və bu yönümdəki layihələri türk dünyasının böyük gələcəyinə möhkəm təməldir. Heç şübhəsiz ki, böyük tarixi keçmişin üzərində bərqərar olan bu təməl gələcəyə baxanda da hər bir türk övladında böyük ümidlər yaradır.
Ankaradakı üçüncü, həm də sonuncu günümüz daha əlamətdar oldu. Ankara Opera Teatrının tarixi binasında jurnalist heyətimiz türk yazıçı və dramaturqu Haldun Tanerin şərəfinə TÜRKSOY-un "Haldun Taner ili"nin açılış mərasiminə və "TÜRKSOY-un Mətbuat Mükafatı"nin təqdimat mərasiminə qatılmağımız həm də səfərimizin zirvəsi idi. Türkiyənin Mədəniyyət naziri Ömər Çelik, Azərbaycanın millət vəkillərinin, bir sıra dövlət və ictimaiyyət nümayəndələrinin, TÜRKSOY rəhbərliyinin qatıldığı mərasim böyük bir qələbəliklə yekunlaşdı. Mərasimdə Türk mədəniyyətinin tanıdılması və zənginləşdirilməsində fəaliyyətinə və töhfələrinə görə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Respublikası, Türkmənistan, Makedoniya, Başqırdıstan, Dağıstan, Hakasya və Tatarıstandan gəlmiş 18 jurnalistlə birlikdə, qardaş Türkiyədən də 5 jurnalistə mükafatlar təntənə ilə təqdim edildi.
Səhəri gün jurnalist heyəti Kapadokya ziyarətinə yollandı. Bu tarixi yerin ziyarəti, gördüklərimizdən yaranan təəccüb və heyranlıq hər birimizin qəlbinə hakim kəsilmişdi. Nevşehir ziyarətinin ardından isə yenidən İstanbula gəldik. Türk Dili Danışan Ölkələr Əməkdaşlıq Şurası (Türk Keneşi), Türkiyə Dövlət Arxivləri Müdirliyi Osmanlı Arxivi Dairə Başkanlığı və Türk Dünyası Bələdiyyələr Birliyində keçirilən görüşlər hər birimiz üçün maraqlı olduğu qədər həm də məlumat almaq və bilgilərimizi artırmaq baxımından həyata keçirilən işlərin miqyaslılığının nə qədər sanballı bir təəssürat yaratdığı hər birimizin diqqətində idi. Şübhəsiz ki, bu görüşlərin hər biri ayrı-ayrılıqda daha genış danışıla biləcək və olduqca böyük təəssüratlar yarada bilən mövzulardır.
İstanbulun tarixi və mədəni məkanlarına etdiyimiz səfərlərlə proqramımıza nöqtə qoyuldu. Amma böyük əminlik hissləri ilə deməliyəm ki, hələ uzun illər bu xoş təəsüratlar hər birimizin xatirində əbədi yer tutacaq və yaddan çıxmayan çox dəyərli bir ərmağan kimi bizi heç zaman tərk etməyəcək. Bütün bunlara görə isə "Çox sağ ol!" deyəcəyimiz məsul qurumlar, onların başında və sırasında duran duyğusal insanlar var. Amma mən onlardan birinin adını böyük ürək və məhəbbətlə dilə gətirmək istərdim: türk dünyasının YUNESKO-su adlandırılan TÜRKSOY və onun baş katibi Düsen Kaseinov! İkinci dəfə də TÜRKSOY rəhbəri seçilən, uzun müddət Qazaxıstan Respublikasında çox məsul vəzifələrdə çalışan, bu respublikanın mədəniyyət naziri olmuş Düsen Kaseinovun səmərəli və işgüzar fəaliyyəti TÜRKSOY-un həyatında önəmli bir hadisə kimi diqqətəlayiqdir.
Mən də olduqca yığcam olan təəsüratlarımı ölkəmizin həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva edən və onun həyata keçirilməsini məqsədli dövlət proqramları vasitəsi ilə gerçəkləşdirən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında göstərilən "Azərbaycan xalqının zəngin adət və ənənələrinin təbliği, milli bayram və mərasimlərin qorunub saxlanması, tarixi rəmz və abidələrin bərpası, milli musiqi və rəqslərin təşviqi, şifahi xalq yaradıcılığının qorunması, xalq oyun və tamaşalarının bərpası, təsviri, dekorativ və miniatür sənətinin zəngin ənənələrinin inkişaf etdirilməsi, dünyanın nüfuzlu muzeylərində saxlanılan Azərbaycan incəsənəti nümunələrinin öyrənilməsi və onların Azərbaycana aid olmasının təsdiqlənməsi, UNESCO, ISESCO, TÜRKSOY və digər beynəlxalq təşkilatlarda təsviri sənətimizin təbliği və tanıdılması istiqamətində zəruri işlər görüləcəkdir" fikri ilə tamamlayıram. Göründüyü kimi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, o cümlədən TÜRKSOY təşkilatına verdiyi yüksək qiymət hələ üzun illər də dəyərini və aktuallığını saxlayacaqdır.
Namiq Əhmədov,
TÜRKSOY-un
Media Mükafatçısı
Redaksiyadan: Azərbaycandan AzTv "Turan" proqramının müəllifi Zərnişan Turan, "Xalq qəzeti"nin əməkdaşı Namiq Əhmədov və "Mədəniyyət" qəzetinin müxbiri Mehparə Sultanova mükafata layiq görülənlər arasındadır. Həmkarlarımızı ürəkdən təbrik edirik.
DİGƏR XƏBƏRLƏR
Tarix: 07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub
Tarix: 07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
Tarix: 27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub -
işin içində azərbaycanlılar da var…
Tarix: 26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi
Tarix: 24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...
Tarix: 05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...
Tarix: 05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..
SON XƏBƏRLƏR
08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür
08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...
07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb
- VİDEO
07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb
07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı
07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir
07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...
07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar -
Zəfərin kökündə müzakirə edilən məqamlar...
07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər
07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi
- 20 milyon dollar...
07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər
- FOTO
07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm"
- Lukaşenko 1917-ci il hadisələrinə qarşı…
07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?
07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq
- müharibə Avropaya da yayılacaq...
07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...
07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir?
- DOSYE
07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı
- FOTO
07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub
- FOTO
07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu
...
07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi
- SƏRƏNCAM
07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir"
- Vüqar Rəhimzadə
07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...
07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib
- FOTO
07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu
- FOTO
07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub
- FOTO
07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
- FOTO
07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir
- FOTO
07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib
- FOTO
07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi”
- Əhliman Əmiraslanov yazır...
07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu
- FOTO
07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır
- NATO-nun baş katibi
07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.
07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...
07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub
07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...
07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib
- FOTO
07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub
07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib
07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar
06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...
06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" -
iddia və həqiqət...
06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...
06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...
06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...
06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"
06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı...
İlkə imzanı kim atdı?...
06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...
06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...
06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi
- Azərbaycanın postmüharibə taktikası...
06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir
06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb
06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı
- bəs gənclik, xalq-Prezident birliyi?...
06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq
- Əhliman Əmiraslanov yazır...
06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...
06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir
- Bakı-Ankara-Astana müstəvisində yeni proses...
06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...
06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"
06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər"
- Prezident İlham Əliyev
06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...
06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər
- VİDEO
06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi
06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...
06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...
06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı
MÜHÜM AÇIQLAMA...
06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
- FOTO/YENİLƏNDİ
06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu
- FOTO/YENİLƏNDİ
06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq -
səbəb yenə Trampdan gəlir...
06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur”
- Peskov
06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı
06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...
06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi
- ruhdan düşmə, irəli get...
06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
- FOTO/YENİLƏNDİ
06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi
06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər
- FOTO/YENİLƏNDİ
06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir
06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...
Tarix: 28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi -
Yunanıstan dəstəkləndi...
XƏBƏR ARXİVİ