Bazar günü günü, 08 noyabr 2026
     

İlham Əliyevin yeni formulu: Avrasiyada yeni əməkdaşlıq formatı...

Image


"Əsrin qaz kəməri"ndə ikinci böyük açılışa imza atıldı

Öncə "Cənub Qaz Dəhlizi"nin özünün, sonra isə TANAP hissəsinin təməli qoyuldu

Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri Qarsda Heydər Əliyev Liseyinin açılışında gələcəyə yönəlik önəmli bəyanatlar verdilər

Prezident İlham Əliyev martın 17-də Türkiyə Respublikasının Qars şəhərinə işgüzar səfərə gedib və dünən Qarsda Heydər Əliyev adına parkda ümummilli liderin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Dünən Qarsda Heydər Əliyevin adını daşıyan Liseyin də açılışı olub. "İlk növbədə, qardaş Türkiyədə yenidən olmağımdan çox məmnunam.
Bunu ifadə etmək istəyirəm. Xüsusilə qədim türk torpağı olan Qarsda olmağımdan çox məmnunam. Qars qədim türk dünyasının tarixi yeridir və belə məktəbin məhz Qarsda açılması böyük məna daşıyır". "Trend"in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Qars şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan texniki liseyin açılış mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib: "Bu məktəb mənim atam, Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adını daşıyır. Bu gün Qarsa, hava limanına enərkən ilk növbədə Heydər Əliyevin adını daşıyan parkı, onun abidəsini ziyarət etdim. Azərbaycan xalqının lideri Heydər Əliyevin xatirəsinə Türkiyədə, Qarsda olan hörmətə görə öz dərin minnətdarlığımı bildirmək istəyirəm".
Prezident bildirib ki, Heydər Əliyev Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı üçün böyük xidmətlər göstərib: "O, daim çalışırdı ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı daha da möhkəm olsun. Onun məşhur kəlamı bizim hamımız üçün bir nümunədir. O demişdir: "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir". Biz bu siyasətə sadiqik və əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla son 11 il ərzində Türkiyə-Azərbaycan birliyini daha da möhkəmləndirmək üçün böyük səylər göstəririk. Biz bütün məsələlərdə bir yerdəyik. Siyasi əlaqələrimizi ən yüksək zirvəyə qaldıra bilmişik. Bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik".
Dövlət başçısı deyib ki, Türkiyənin artan gücü Azərbaycanı da gücləndirir: "Türkiyə bu gün dünya miqyasında güc mərkəzidir və əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə son illər ərzində böyük yol keçmişdir. Bunu bu gün Qarsda görülən işlər də təsdiqləyir. Burada tikilən binalar, məktəblər, xəstəxana, sosial obyektlər Qarsın simasını dəyişib. Türkiyənin hər bir yerində inkişaf göz qabağındadır".
İlham Əliyev bildirib ki, Türkiyə bu gün dünyada böyük güc mərkəzinə çevrilib və "Böyük iyirmiliy"in, "G 20"-nin lideridir: "Türkiyə bu mötəbər toplantıya qardaş ölkəni, Azərbaycanı dəvət etmişdir. Buna görə bir daha əziz qardaşıma, Türkiyə Prezidentinə öz minnətdarlığımı bildirmək istəyirəm. Bu əsl qardaşlıq yanaşmasıdır. Biz hər yerdə bu qardaşlığı möhkəmləndiririk".
Prezident xatırladıb ki, bu gün, eyni zamanda, Qarsda TANAP layihəsinin təməli qoyulur: "TANAP bizim müştərək layihəmizdir. 3 il bundan öncə TANAP layihəsi İstanbulda imzalandı. Bu gün artıq bu layihənin təməlini qoyuruq. Enerji sahəsində Türkiyə-Azərbaycan-Gürcüstan birliyi artıq tam yeni bir mənzərə ortaya qoyur. Bizim birgə həyata keçirdiyimiz enerji layihələri bizi gücləndirir, xalqlarımız üçün yeni imkanlar yaradır, yeni iş yerləri yaradır, bizim iqtisadi, siyasi gücümüzü artırır".
Dövlət başçısı qeyd edib ki, Azərbaycan Türkiyəyə sərmayələr qoymağa başlayıb: "SOCAR - Azərbaycan Dövlət Neft Şirkəti Türkiyəyə 20 milyard dollar sərmayə qoymağa başlamışdır. Bu sərmayə nəticəsində bizim bütün önəmli enerji layihələrimiz həyata keçiriləcəkdir. Eyni zamanda, SOCAR Türkiyənin təhsil sektoruna da sərmayə qoymağa başlamışdır, 5 lisey və məktəb tikilmişdir - Qarsda, Ankarada, Kocaelidə, Ceyhanda, Əliağada. Bu, təhsil sektoruna, yəni bizim gələcəyimizə qoyulan sərmayədir".
İlham Əliyev vurğulayıb ki, hər bir ölkənin uğurlu inkişafını şərtləndirən onun təhsilinin səviyyəsidir, elmin səviyyəsidir: "Biz çalışmalıyıq ki, həm Azərbaycanda, həm də Türkiyədə bu məsələləri bundan sonra da inkişaf etdirək, bizim gənclərimiz bilikli, savadlı olsunlar. Bilik, savad bu gün dünyada hər şeyi həll edir. Bilik, savad texnoloji tərəqqini, inkişafı şərtləndirir. O ölkələr gələcəkdə daha da güclü olacaqlar ki, orada təhsilin səviyyəsi yüksəkdir. Belə olan halda Türkiyədə bu sahəyə ayrılan diqqət bizi həddindən artıq sevindirir. Azərbaycanda da təhsil sahəsi prioritetdir. Son 10 il ərzində Azərbaycanda 3 minə yaxın məktəb tikilib, təmir edilib və gənclərimiz üçün çox gözəl imkanlar yaradılıb".
Prezident deyib ki, bu məktəbdə peşə sahibləri oxuyacaq. Buradan çıxan peşə sahibləri bundan sonra Türkiyə və Azərbaycanın maraqlarını qoruyacaq: "Bura artıq Türkiyə-Azərbaycan dostluq, qardaşlıq mərkəzidir. Belə məktəbin açılması bizim hamımızı ürəkdən sevindirir. Gənclər bilikli, savadlı, eyni zamanda vətənpərvər olmalıdırlar, öz vətənlərinə bağlı olmalıdırlar, tarixi də yaxşı bilməlidirlər. Tarixi həqiqətləri həm bilməli, həm də təbliğ etməlidirlər".
Dövlət başçısı çıxışında bildirib ki, Azərbaycan və Türkiyə enerji, nəqliyyat layihələrini həyata keçirməklə iki ölkənin birliyini daha da gücləndirir: "Təsadüfi deyil ki, Bakı-Tbilisi-Qars dəmir yolunun təməli də Qarsda qoyulub. TANAP layihəsinin təməli də Qarsda qoyulacaq".
İlham Əliyev qeyd edib: "Bu gün bizimlə birlikdə qardaş Gürcüstan dövlətinin prezidenti də iştirak edir. Buna görə mən çox minnətdaram ki, o bu gün bizimlə bərabərdir. O, TANAP layihəsinin təməlqoyma mərasimində iştirak etmək üçün Qarsa gəlib. Amma bu gün Heydər Əliyevin adını daşıyan məktəbin açılışında da iştirak edir. Bizim üçtərəfli əməkdaşlığımız, qardaşlığımız, birliyimiz əbədidir. Üç ölkə - Azərbaycan, Türkiyə, Gürcüstan bundan sonra da bir yerdə olacaqlar, bir yerdə öz gələcəklərini quracaqlar, bir-birinə həmişə arxa, dayaq olacaqlar".
Prezident Qarsda olmağından çox məmnun olduğunu deyib: "Mən Qarsı yenilənmiş, inkişafda olan şəhər kimi görürəm və buna görə sizə, Türkiyə hökumətinə, dövlət başçısına minnətdaram. Qars bütün türk dünyası üçün əziz diyardır, əziz şəhərdir. Əminəm ki, bu gün Qarsda görülən işlər, xüsusilə də TANAP layihəsinin icrası Qars üçün yeni imkanlar açacaq. Yaşasın Türkiyə-Azərbaycan birliyi, qardaşlığı!"
Türkiyənin Qars şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan Texniki Liseyin açılışı keçirilib. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Georgi Marqvelaşvili iştirak edib.
Bu barədə "Trend" Türkiyənin "TRT Haber" telekanalına istinadən məlumat verir.
Mərasimdə Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan geniş nitqlə çıxış ediblər.
"Qarabağda zülmə məruz qalan azərbaycanlı qardaşlarımızın acısını qəlbimizlə hiss edirik". "Trend"in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Qarsda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan Texniki Liseyin açılış mərasimində çıxışı zamanı deyib.
O qeyd edib: "Bizim üçün Qarsdakı, İğdırdakı vətəndaşımızla Naxçıvandakı qardaşımız arasında heç bir fərq yoxdur".
R.T.Ərdoğan bildirib ki, Türkiyə heç bir dövlətlə düşmənçilik etmək niyyətində deyil: "Türkiyə və Azərbaycan olaraq, hər zaman bir yerdə olacağıq".
"Əfsuslar olsun ki, bu gün Türkiyə və Azərbaycana qarşı çirkin kampaniya aparılır. Bizim keçmişimizi qaralamaq, bizə şər-böhtan atmaq, bugünkü uğurlu inkişafımızı inkar etmək üçün bəzi xarici dairələr durmadan bizə qarşı kampaniya aparırlar. Biz isə öz işimizlə buna cavab veririk". "Trend"in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Qars şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan Texniki Liseyin açılış mərasimində çıxışı zamanı deyib.
Prezident bildirib ki, bu gün Türkiyə və Azərbaycan kimi dünyada inkişaf edən ikinci ölkələr tapmaq çox çətindir: "Bütün böhranlara baxmayaraq, bu gün biz inkişaf edirik. Bizim inkişafımız siyasi iradə, tarixi həqiqət üzərində qurulub. Biz tarixi həqiqət üzərində gələcəyimizi qururuq. Tarixi olduğu kimi gənc nəsillərə təqdim edirik. Bəzi başqa ölkələr kimi tarixi təhrif etmirik. Öz gələcəyimizi yalan, böhtan üzərində qurmuruq".
Dövlət başçısının sözlərinə görə, əfsuslar olsun ki, bu gün Türkiyə və Azərbaycana qarşı əsassız iddialar irəli sürən işğalçı Ermənistan dövləti yalan üzərində qurulub: "Onların tarixi də yalandır. Onların bizə qarşı irəli sürdüyü iddialar da əsassızdır. Tarix var, həqiqət var, tarixi sənədlər var. Onlar açıq sənədlərdir. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Türkiyə-Azərbaycan birliyi bu gün dünya miqyasında artıq inkar edilməz faktordur. Türkiyə dünya birliyinin önəmli ölkəsidir. Azərbaycanın da imkanları artır".
"Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını Türkiyədə yaşatmağa davam edəcəyik". "Trend"in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarsda Heydər Əliyevin adını daşıyan texniki liseyin açılış mərasimində çıxışı zamanı deyib.
Türkiyə Prezidenti qeyd edib: "Təhsil kompleksinin açılması ilə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını ölkəni hər yerində yaşatmış oluruq və bundan sonra da yaşatmağa davam edəcəyik. Heydər Əliyev adını daşıyan bu texniki liseyi nümunəvi bir təhsil ocağı kimi görürük".
Onun sözlərinə görə, liseyin Qarsda açılması Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin simvoludur.
Azərbaycan Prezidenti "Cənub Qaz Dəhlizi"nin əsas hissəsi olan TANAP-ın açılışında da iştirak edib. Xatırladaq ki, 2014-cü il sentyabrın 20-də Bakıda "Cənub Qaz Dəhlizi"nin özünün təməli qoyulmuşdu.
Qars şəhərində Trans-Anadolu boru kəmərinin (TANAP) təməlqoyma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Georgi Marqvelaşvili, Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevtsovic, Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və digər rəsmi şəxslər iştirak edib. Düymə hər üç ölkə prezidentləri tərəfindən basılıb.
Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyan TANAP layihəsi çərçivəsində ilk qaz nəqlinə 2018-ci ildə başlanması planlaşdırılır. Başlanğıcda illik 16 milyard kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 milyard, daha sonra 31 milyard kubmetrə yüksəldilməsi nəzərdə tutulur.
TANAP "Cənub Qaz Dəhlizi"nin ən önəmli hissələrindən biridir. Bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız Qarsda Trans-Anadolu təbii qaz boru xəttinin (TANAP) təməlqoyma mərasimində çıxışında deyib.
Dünyada enerji resurslarına tələbatın artdığını söyləyən T.Yıldız bildirib ki, TANAP layihəsi vaxtında icra olunaraq istifadəyə veriləcək və Türkiyə hökuməti bunun üçün bütün addımları atacaq. Nazirin sözlərinə görə, Türkiyə Xəzər bölgəsindən neft və qaz resurslarının Avropaya ixracı ilə bağlı layihələrin həyata keçirilməsində mühüm rol oynamaqda davam edəcək.
"TANAP-ın təməlatma mərasimi bizim üçün çox önəmlidir. Hər üç ölkə liderləri layihə ilə bağlı bir neçə il əvvəl qərar verdilər. O gün atdığımız addımlar nəticəsində bu gün buradayıq". Bu sözləri Gürcüstan prezidenti Georgi Marqvelaşvili TANAP layihəsinin Türkiyənin Qars bölgəsində keçirilən təməlqoyma mərasimində çıxışında deyib. O bildirib ki, Gürcüstan bir tranzit ölkə olaraq bu layihədə məsuliyyətini anlayır və üzərinə düşən vəzifəni sonuna qədər həyata keçirəcək:
"Bu təkcə Gürcüstan üçün deyil, qonşularımız üçün də əhəmiyyətlidir. Gürcüstan Avropa və Asiya arasında önəmli bir qapıdır. Gürcüstanın tranzit ölkə olması ona üstünlük verir".
G.Marqvelaşvili qeyd edib ki, Türkiyə və Azərbaycanın dəstəyi olmadan Gürcüstanın uğurunu düşünmək olmaz: "Bu gün biz ölkələrimizin gələcək rifahı baxımından önəmli addım atırıq. Enerji məsələsindən başqa ölkələr bəzən təhdid kimi istifadə edir. Biz bu sahədə üzərimizə düşən işi həyata keçirəcəyik. Layihənin turizmə və ticarətə müsbət təsirləri olacaq. Problemlər ola bilər, amma bu xətt açılacaq. Çindən və Asiyadan malların gəlişi artır, bunun üçün daha böyük logistik infrastruktura ehtiyac var. Bu səbəbdən üç ölkənin əməkdaşlığı önəmlidir. Biz ortaqlıqlarımızı artırmalıyıq. Enerji potensiallarımızı sonuna kimi istifadə etməliyik".
"Qardaş Türkiyədə olmağımdan məmnunam. Bu ilin əvvəlində Türkiyədə dövlət səfərində idim. Gələn ay aprelin 24-də isə Çanaqqala zəfərini qeyd edəcəyik". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Qarsda Trans Anadolu Təbii Qaz Boru Xəttinin (TANAP) təməlqoyma mərasimində söyləyib.
Prezident İlham Əliyev deyib ki, Türkiyədə özünü Vətəndəki kimi hiss edir: "Bu layihə enerji təhlükəsizliyi, ilk növbədə isə Türkiyə-Azərbaycan qardaşlığı layihəsidir. Bu tarixi uğurlar əsasında gələcəyimizi qururuq. TANAP layihəsinin tarixi qısa, ancaq çox şərəflidir. 2011-ci ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla TANAP layihəsi ilə bağlı müqavilə imzaladıq, keçən il sentyabrın 20-də Bakıda "Cənub Qaz Dəhlizi"nin təməlini qoyduq. İnanıram ki, bu layihəni vaxtlı-vaxtında icra edəcəyik. Bu layihəyə ən azı 45 milyard dollar vəsait qoyulacaq. Azərbaycanın təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetr, gözlənilən ehtiyatlar bundan 2 dəfə çoxdur. Əminəm ki, Azərbaycan qazı böyük həcmdə qonşu ölkələrə nəql ediləcək".
Dövlət başçısı bildirib ki, bu gün Avrasiyada yeni əməkdaşlıq formatı yaranır: "Biz Türkiyə-Azərbaycan-Gürcüstan enerji, nəqliyyat, siyasi, iqtisadi formatı yaratdıq. Bu gün bu formatı genişləndiririk. Bu gün bu işə Yunanıstan, Bolqarıstan, Balkan ölkələri qoşulur. Balkan ölkələri gələcəkdə bizim qazımızı alacaqlar, Rumıniya və Macarıstan da bu layihələrə qoşula bilər. Çünki resurslar və "Cənub Qaz Dəhlizi"nin ötürmə qabiliyyəti böyükdür. Çalışmalıyıq ki, maksimum öz qazımızla qonşu, dost ölkələri təmin edək. Bu layihələrdə iştirak edən ölkələr təbii müttəfiqlərə çevrilirlər. Bu ölkələrin tarixi, mədəniyyəti fərqidir. Ona görə də "Cənub Qaz Dəhlizi" tək iqtisadi deyil, həm də ciddi siyasi təşəbbüsdür, iqtisadi mənfəət gətirən layihədir".
Prezident İlham Əliyev qeyd edib ki, istehsalçı və tranzit ölkələrin bu layihədən mənfəət əldə etməsi əsas amildir: "Maraqlar balansı yarananda uğura nail ola bilərik. Keçən ay Bakıda "Cənub Qaz Dəhlizi" layihəsinin Məşvərət Şurasının iclasını keçirdik, Məşvərət Şurasında Avropa Birliyi və ABŞ rəsmiləri də iştirak ediblər. Qarşılıqlı inam işləri sürətləndirəcək. Biz bir-birimizə daha çox inanmalıyıq. Azərbaycan təcrübəsi olan ölkə kimi öz xidmətlərini göstərəcək. Bizim Türkiyə və Gürcüstanla birgə irəli sürdüyümüz bütün layihələr uğurla nəticələnib. İnanıram ki, "Cənub Qaz Dəhlizi" və onun tərkib hissəsi olan TANAP uğurla icra olunacaq".
Dövlət başçısı "Cənub Qaz Dəhlizi"nin şaxələndirmə layihəsi olduğunu vurğulayıb: "Hazırda Avropa üçün yeganə yeni qaz mənbəyi Azərbaycan, "Şahdəniz" qaz yatağıdır. Mənbələrin, yolların şaxələndirilməsi də çox önəmlidir. Yeni mənbələrin mövcudluğu vacibdir. Dünyada və Avropada qaza tələb artacaq. Ənənəvi mənbələr tükənir, əminəm ki, gələcəkdə də bütün işləri lazımi səviyyədə aparacağıq. Əsas məsələ odur ki, aramızda qarşılıqlı anlaşma, hörmət var. Bu gün, Novruz bayramında-axır çərşənbədə TANAP-ın təməlinin qoyulması önəmlidir. Biz gələcəyimizi milli ənənələr üzərində qururuq. Müxtəlif ölkələrdən gələn dostlar qonaqlarımızdır. İnşallah, 3 ildən sonra TANAP-ın açılışında birlikdə olacağıq".
"Türkiyənin şərq sərhədindən başlayıb, qərb sərhədlərini keçməklə Avropaya qaz daşıyacaq TANAP layihəsinin sülh və əminamanlıq da daşıyacağına ümid edirik". APA-nın məlumatına görə, bunu isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TANAP layihəsinin Qarsda təməlqoyma mərasimində deyib.
Onun sözlərinə görə, dünyada neft-qaz layihələrin çoxu müharibə, münaqişələrlə xatırlanır: "Biz TANAP layihəsinin barışla, sülhlə anılacağına ümid edirik. Biz heç zaman başqasının problemləri üzərində rifah qurmağı düşünməmişik. Bu layihə ilə dünyaya yeni yanaşma nümayiş etdirə biləcəyimizi düşünürük. Layihənin hər zaman tədarükçüsü, tranzit ölkə və istehlakçısı olur. Burada Azərbaycan tədarükçü rolunda çıxış edir. Gürcüstanla Türkiyə isə həm tranzit, həm də istehlakçı ölkələrdir. Avropa da istehlakçı olacaq".
Türkiyənin son bir neçə ildə əldə etdiyi uğurlardan danışan prezident Ərdoğan ölkəsinin enerji paylanması mərkəzinə çevrilməsinin planlaşdırıldığını qeyd edib: "Bizim digər təbii qaz-neft layihələrimiz davam edir, TANAP bunların içərisində fərqli əhəmiyyətə malikdir. TANAP-a alternativ layihə yoxdur. "Cənub Qaz Dəhlizi"nin bütün mərhələlərini həyata keçirdikdən sonra Avropa ilə Xəzər dənizi arasında vacib bağlantı formalaşdıracağıq. Buna bütün Asiya regionunun ehtiyacı var".
Ərdoğan boru xətti ilə təbii qaz nəqlinin 2018-ci ildə başlayacağını bildirib.
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ