Türkiyənin Qars şəhərində Trans-Anadolu boru kəmərinin (TANAP) təməlqoyma mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan prezidenti Georgi Marqvelaşvili, Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevçovic, Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və digər rəsmi şəxslər iştirak edib. Düymə hər üç ölkə prezidenti tərəfindən basılıb.