Qondarma "Dağlıq Qarabağ respublikası”nın "apelyasiya məhkəməsi”nin azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində "məhkəmə hökmü"nü qüvvədə saxlaması aprelin 20-24-də Strasburqda keçiriləcək Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasında gündəmə gətiriləcək. Bu barəd Trend-ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayev deyib.
R.Rzayev qeyd edib ki, separatçı rejimin bu "qərar”ı gülməlidir: "Bizim soydaşlarımız qeyri-qanuni saxlanılıblar. Qondarma "məhkəmə” yaradıblar, "hökm” çıxarıblar, özləri də "apelyasiya” veriblər. Bunlar hamısı qeyri-ciddi və tamamilə hüquqdankənar hərəkətlərdir. Təbii ki, biz bu məsələni AŞPA-da səsləndirəcəyik”.