Bazar günü günü, 08 noyabr 2026
     

Azərbaycan nümayəndə heyəti Avronest PA-nın İrəvanda keçirilən sessiyasında iştirakdan imtina edib

Image


Bu gün Ermənistanın paytaxtı İrəvanda Avronest PA-nın 4-cü sessiyası öz işinə başlayıb. APA-nın xəbərinə görə, martın 18-dək davam edəcək sessiya çərçivəsində plenar iclasla bərabər, Büronun və 4 daimi komitənin iclası keçirilməli, müvafiq məruzələr üzrə irəli sürülmüş düzəlişlər səsverməyə çıxarılmalı, məruzələr yenidən müzakirə olunaraq qətnamə edilməli və Avronest PA-nın cari ilin may ayında Riqada keçiriləcək Şərq Tərəfdaşlığı Sammitinə ünvanladığı ismarışlar qəbul edilməlidir.

Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov APA-ya açıqlamasında bildirib ki, 2011-2014-cü illər ərzində davamlı şəkildə Büro iclaslarında işğalçı Ermənistan Azərbaycan torpaqlarını azad etməyənədək Avronest PA-nın sessiyalarının, Büro və komitə iclaslarının Ermənistanda keçirilməsinə və Ermənistanın Avronest PA-ya həmsədrliyinə qəti şəkildə öz etirazını bildiriblər: "Etirazlarımıza baxmayaraq, Avronest PA-nın plenar sessiyasının Yerevanda keçirilməsi barədə qərar qəbul edilib. Azərbaycan nümayəndə heyəti isə haqlı olaraq öz tələblərində israr nümayiş etdirib və Avronest PA-nın İrəvanda keçirilən sessiyasında iştirakdan imtina edib”.

E.Süleymanov qeyd edib ki, Azərbaycan nümayəndə heyəti İrəvanda keçirilən sessiyada iştirak etməkdən imtina etsə də, daimi komitələr üzrə hazırlanmış məruzələrə öz düzəlişlərini irəli sürüb: "Bu düzəlişlərin bir çoxu Avronest PA-nın Avropa Parlamentindən olan bir neçə üzvü tərəfindən dəstəklənib və onlar həmin düzəlişləri bizimlə birgə irəli sürüblər. Qeyd olunan düzəlişlərdə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi və bu ərazilərin dərhal qeyd-şərtsiz işğaldan azad edilməsi çağırışları, Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi tələbi və s. öz əksini tapıb.

Məlumdur ki, Avronest PA-nın dördüncü sessiyası Ermənistanın Gömrük İttifaqı Sazişini imzalaması və Avrasiya İqtisadi Birliyinə üzv olmasından keçən müddət ərzində keçirilən ilk sessiyadır. Digər tərəfdən, Ermənistanın Gömrük İttifaqı və Avrasiya İqtisadi birliyinə üzv olması Şərq Tərəfdaşlığı proqramının, o cümlədən Avronest PA-nın məqsədləri ilə ziddiyyət təşkil edir. Odur ki, belə bir vəziyyətdə Avronest PA-nın sessiyasının İrəvanda keçirilməsi ciddi narahatlıq doğurmaya bilməz. Maraqlıdır ki, Ermənistanın Gömrük İttifaqı Sazişini imzalaması və Avrasiya İqtisadi Birliyinə üzv olmasından keçən müddət ərzində Avronest PA-da yaranmış vəziyyət müzakirə edilmədi. Əksinə, belə bir şəraitdə Avronest PA-nın plenar sessiyasının Ermənistanda keçirilməsi, bu dövlətin qeyd edilən qurumlara daxil olmaq haqqında qəbul etdiyi siyasi qərarların təqdir edilməsi kimi dəyərləndirilməlidir. Digər tərəfdən, sessiyanın Yerevanda keçirilməsi Ermənistan tərəfinə qondarma erməni soyqırımının 100 illiyi ilə bağlı təbliğat üçün əlavə imkanlar yaradır və faktiki olaraq bu beynəlxalq tədbirin Ermənistana qondarma erməni soyqırımının təbliğat vasitəsinə çevriləcəyi şübhə doğurmur. Maraqlıdır ki, sərsəm erməni soyqırımına faktiki dəstək verən bu qurum nəzərə almır ki, bu qondarma iddiaların 100 illiyini qeyd etməyə hazırlaşan ermənilər hələ 1905-ci ildən başlayaraq, azərbaycanlılara qarşı soyqırım cinayətləri törətməyə başlayıb və artıq 110 ildir ki, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım cinayətləri davam edir.

Digər tərəfdən, Azərbaycan nümayəndə heyətinin ardıcıl səylərinə baxmayaraq, Avronest PA-nın nə komitə iclaslarında, nə də plenar sessiyalarında indiyədək Ermənistanın Azərbaycan ərazilərini 23 ildən artıq müddət ərzində işğal altında saxlaması faktının müzakirə edilməsi mümkün olmayıb. Biz hər dəfə bu məsələni gündəmə gətirdikdə və işğalçı Ermənistana sanksiyaların tətbiq edilməsi tələbi ilə çıxış etdikdə, Avronest PA-nın Dağlıq Qarabağ problemini həll edə biləcək təşkilat olmadığı barədə bəyanatla üzləşmişik. Lakin İrəvan sessiyasında Krım yarımadasının Rusiyaya birləşdirilməsi və Ukraynanın cənub-şərq hissəsində baş verən silahlı toqquşmalar fonunda Rusiya ilə bağlı sərt qətnamə layihəsinin müzakirəsi nəzərdə tutulur. Sual olunur: Nə üçün əraziləri uzun müddət ərzində işğal altında olan Azərbaycana da Ukrayna səviyyəsində dəstək nümayiş etdirilmir? Nə üçün işğalçı Ermənistana sanksiyaların tətbiq edilməsi barədə sənədlərin qəbul edilməsi tələbi ilə çıxış etdikdə, müxtəlif mexanizmlər vasitəsilə bizim cəhdlərimizin qarşısı qəti şəkildə alınır? Beləliklə, biz bir daha digər beynəlxalq təşkilatlarda olduğu kimi Avronest PA-da da Azərbaycana münasibətdə ikili standartlar siyasəti həyata keçirilməsinin şahidi oluruq”.

E.Süleymanov əlavə edib ki, 25-26 fevral tarixlərdə Avropa Parlamentinin Avronest PA-da nümayəndə heyəti İrəvanda keçiriləcək plenar sessiyasında səsverməyə qoyulacaq komitələr üzrə məruzələrə irəli sürülmüş düzəlişlərin vəziyyətinə dair müzakirələr aparıb: "Həmin müzakirələr zamanı Yaşıllar qrupu təklif edib ki, İrəvan iclaslarında iştirak etmədikləri üçün Azərbaycan nümayəndə heyətinin bütün düzəlişləri avtomatik ləğv edilsin. Biz bu məlumatı əldə etdikdən sonra dərhal həmsədrlərə, qurumun Avropa Parlamentindən olan üzvlərinə, həmməruzəçilərə və bizimlə birgə düzəlişlər irəli sürmüş AP üzvlərinə məktublar ünvanladıq. Onların diqqətinə çatdırdıq ki, Avronest PA-nın Prosedur Qaydalarında, eləcə də qurumun bütün digər sənədlərində hər hansı nümayəndə heyətinin plenar sessiyada iştirak etməməsinə görə onun irəli sürdüyü düzəlişlərin avtomatik ləğv edilməsini və ya digər formada cəzalandırılmasını nəzərdə tutan hüquqi əsaslar yoxdur. Odur ki, işğalçı dövlətin paytaxtı İrəvana getməkdən imtina etdiyinə görə Azərbaycan nümayəndə heyətinin düzəlişlərinin ləğv edilməsi çağırışları Avropa Parlamentinin son bir neçə il ərzində Azərbaycana ünvanladığı mənfi ismarışlarını gücləndirmək planlarının tərkib hissəsi kimi qiymətləndiriləcək.

Nəhayət, vurğulamaq istərdim ki, Yerevanda keçirilən sessiya zamanı Azərbaycan nümayəndə heyətinin müstəqil və ya AP üzvləri ilə birgə irəli sürdüyü düzəlişlərin qəbul edilməsi şansı azdır. Çünki öz-özlüyündə plenar sessiyanın işğalçılıq siyasəti həyata keçirən və Aİ-nin məqsədlərinə zidd siyasi qərarlar qəbul edən dövlətin paytaxtında keçirilməsi ondan xəbər verir ki, Avronest PA digər beynəlxalq qurumlar kimi, Ermənistanı beynəlxalq sanksiyalardan sığortalamaq məqsədilə öz çətiri altına alıb. Bu isə növbəti dəfə Avronest PA-nın öz prinsip və məqsədlərini pozan mahiyyətsiz bir qurum olmasından xəbər verir”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ