Bazar günü günü, 08 noyabr 2026
     

Daxili Qoşunlarımız: tarixi yola baxış...

Image


(Əvvəli ötən sayımızda)
Hər bir qoşun növü üçün döyüş təcrübəsi hərbi nəzəriyyələrin verdiyi biliklərdən, taktiki təlimlərlə əldə edilən praktiki bacarıqlardan daha qiymətlidir. Daxili Qoşunların şəxsi heyəti 1992-1994-cü illərdə Dağlıq Qarabağ və ətraf rayonların ərazisində düşmənlə gərgin döyüşlər apararaq, mürəkkəb vəziyyətlərdən, çətin keçilən coğrafi relyeflərdən, kəskin hava şəraitlərindən, mənəvi-psixoloji sarsıntılardan asılı olmayaraq, öz döyüş təcrübəsini qanı və canı bahasına qazanıb.
Düşmənin onlarla atəş nöqtəsinin susdurulması, ayrı-ayrı istiqamətlər üzrə ön mövqelərinin ələ keçirilməsi, neçə-neçə zirehli texnika, avtomobil, artilleriya qurğusunun və xeyli canlı qüvvəsinin məhv edilməsi ilə DQ-nin hərbi qulluqçuları bu müharibədə öz sözünü deyib. DQ-nin 9 nəfər hərbi qulluqçusu (onlardan 8-i ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, yüzlərlə zabit, gizir, çavuş və əsgər dövlətimizin ali mükafatları ilə təltif edilib.
Xüsusi vurğulanmalı bir faktdır ki, müharibə reallığında DQ- nin döyüş fəaliyyətində heç bir pərakəndəliyə, xaotikliyə, idarəetmənin pozulmasına yol verilməyib. Döyüş təchizatı və arxa cəbhə təminatı fasiləsiz olaraq təşkil olunub.
Həmçinin, müharibə reallığında şəxsi heyətin mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun yüksəldilməsi yönündə vacib addımlar atılıb. Belə ki, 1992-ci il dekabrın 16-dan başlayaraq DQ-nin mətbuat orqanı - "Əsgər" qəzeti nəşr olunub. Hərbi vətənpərvərlik ideyasının təbliğində, DQ-nin döyüş yolunun işıqlandırılmasında "Əsgər" qəzeti əvəzsiz rol oynayıb. Bu qəzet ölkəmizin ilk hərbi qəzetlərindən biridir.
1993-cü ildən fəaliyyətə başlayan DQ-nin hərbi orkestri də öz ifası ilə şəxsi heyətə o ağrı-acılı günlərdə ruh yüksəkliyi aşılayıb. DQ-nin hərbi orkestri ölkəmizdə mövcud olan iki böyük hərbi orkestrdən biridir.
1994-cü ilin mayında ön cəbhədə atəşkəs elan olunmasından sonra da DQ-nin şəxsi heyəti düşmənlə təmas xəttində torpaqlarımızın keşiyində dayanıb. Bu zaman ermənilərin atəşkəsi pozmaq cəhdlərinə layiqli cavab verilib, düşmənin diversiya-kəşfiyyat qrupları DQ-nin hərbi qulluqçularının sayıqlığı və cəsarəti ilə üzləşib.
1999-cu ildən ön mövqelərin müdafiəsi tapşırıqları DQ-nin şəxsi heyətinin üzərindən götürülüb. Bu addım atəşkəs şəraitində DQ-nin digər vəzifələrinin tam həcmdə yerinə yetirilməsinə yönəlib. Ancaq buna baxmayaraq, respublikamızın ərazisinin müdafiəsində iştirak etmək vəzifəsi 1994-cü il fevralın 8-də qəbul edilmiş "DQ-nin Statusu Haqqında" Azərbaycan Respublikasının Qanunu ilə də müəyyən olunaraq bu günədək öz qüvvəsini saxlayır. Əslində ötən illərdə DQ-nin şəxsi heyəti ərazi bütövlüyümüzün bərpası üzrə döyüş tapşırıqlarının yerinə yetirilməsinə ciddi hazırlanıb. Bu istiqamətdə təlimlər hazırda da davam etdirilir.
Bəzən cəmiyyətdə müəyyən destruktiv qruplar tərəfindən DQ-nin yerinə yetirdiyi vəzifələrin yanlış təqdim olunmasına cəhdlər edilir. Belə cəhdlərin qərəzdən irəli gəldiyi istisna deyil. DQ-nin ötən dövrdə qanunçuluğun, vətəndaşların əminamanlığının qorunması yönündə peşəkar xidməti ictimaiyyətə yaxşı məlumdur. Bu qoşun növünün xidməti fəaliyyətində vətəndaşlarla təmaslar xüsusi yer tutur. Bu sahədə görülən tədbirlər dövlət və ictimai maraqların təmin olunmasına söykənir.
Bu gün ölkəmizdə keçirilən böyük əhali kütləsinin cəmləşdiyi tədbirlərin, mühüm dövlət obyektlərinin, kommunikasiya qurğularının, xüsusi yüklərin mühafizəsini, təbii fəlakətlərin, qəzaların və başqa fövqəladə halların nəticələrinin ləğvini, silahlı cinayətkarların zərərsizləşdirilməsi üzrə xüsusi əməliyyatları həyata keçirən DQ çevik bir güc strukturudur.
Yaxın tariximizə nəzər salsaq, respublikamızın paytaxtı və ayrı-ayrı regionlarında ictimai asayişin kütləvi şəkildə pozulması hallarının, iğtişaşların qarşısının alınmasında DQ-nin qətiyyətli fəaliyyətini görə bilərik.
1996-cı ilin dekabrında Elçin Əmiraslanovun başçılıq etdiyi silahlı dəstənin yaxalanması, habelə həmin vaxt Saray qəsəbəsinin yaxınlığında avtomobil ələ keçirmiş və vətəndaşları girov götürmüş silahlı cinayətkarların zərərsizləşdirilməsi, 1999-cu ilin yanvarında Qobustan qapalı həbsxanasında daxili rejim qaydalarının bərpası, silah ələ keçirmiş məhbusların cəzaçəkmə müəssisəsindən çıxmasına yol verilməməsi, 2002-ci ilin dekabrında Qusarda zərgərlik dükanını qarət edərək satıcını qətlə yetirmiş silahlı cinayətkarlardan birinin yaxalanması, digərinin silahlı müqavimət göstərərkən məhv edilməsi, 2010-cu ildə Sabirabad, Saatlı, İmişli, Salyan və Hacıqabul rayonları ərazisində təbii fəlakətin nəticələrinin aradan qaldırılması və xidməti fəaliyyətdə digər uğurlar ictimai təhlükəsizliyin keşiyində dayanmaq missiyasının hansı sınaqlarla üzləşdiyini göstərir.
Ötən müddətdə DQ-nin respublikamızın bütün regionlarında hərbi hissələri yaradılıb. Bu hərbi hissələr ictimai təhlükəsizlik sistemində xüsusi rol oynayır. Hərbi hissələrin maddi-texniki bazası bugünkü tələblərə, müasir dövrün təhlükəsizlik çağırışlarına cavab verir. Şəxsi heyətin istifadəsinə yeni növ texnika, silah və xüsusi vasitələr verilib. Xidməti fəaliyyətdə müasir texnologiyaların tətbiqi intensivləşib.
DQ-nin şəxsi heyətinin müxtəlif şəraitlərdə effektiv xidmət aparması üçün xidməti atlar və itlərdən istifadə olunur. Bununla yanaşı, eskadrilya bölməsinin yaradılması, xüsusi təyinatlıların paraşütlə tullanma bacarığına yiyələnməsi, peşəkar süvari, kinoloq, istehkamçıların fəaliyyəti DQ-nin ildən-ilə güclənən potensialının göstəricisidir.
Son illər DQ-nin beynəlxalq əməkdaşlıq əlaqələri də genişlənib. Bu əlaqələr çərçivəsində təcrübə mübadiləsinə xüsusi diqqət yetirilir.
2011-ci ildə DQ-nin Ali Hərbi Məktəbinin yaradılması ilə zabit kadrlarının hazırlanmasında yeni mərhələ başlayıb. Zabitlər hər bir qoşun növünün elitasıdır. Onlar şəxsi heyətlə təlim-tərbiyə prosesinin əsas təşkilatçılarıdır. Ötən il ilk kursantların test imtahanı vasitəsilə qəbul olunduğu Ali Hərbi Məktəb isə DQ üçün yeni nəsil zabitlərin formalaşmasının əsasını qoyacaq.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ