"Pakistan Azərbaycanın terrorizm və cinayətkarlığa qarşı mübarizə sahəsində təcrübəsindən bəhrələnmək istəyir”. Bunu APA-ya açıqlamasında Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov deyib.
D. Şikarov bildirib ki, Pakistan dünyada terrorizmdən ən çox əziyyət çəkən ölkələrdən biridir: "Azərbaycanda sonuncu dəfə 17 il əvvəl Ermənistan xüsusi xidmət orqanları bir terror hadisəsi törədib. Çox şükür ki, o vaxtdan heç bir terror hadisəsi baş vermir. Bu da Azərbaycanda hüquq-mühafizə orqanlarının işinin peşəkar səviyyədə və düzgün təşkil etməsindən irəli gəlir. Biz Pakistan tərəfinə Azərbaycanın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməyi, təcrübəsindən faydalanmağı təklif etmişik. Bununla bağlı Pakistan Daxili İşlər Nazirliyinin nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir. Bu səfər yaxın 4 ay ərzində baş tutacaq. Pakistanda ümumiyyətlə, Azərbaycan hüquq-mühafizə orqanlarının işinə heyranlıqlarını gizlətmirlər”.