Bazar günü günü, 08 noyabr 2026
     

Reketçiliyə meylli media qurumları Mətbuat Şurasını qaralamağa başlayıblar

Image


Bir neçə gün öncə Azərbaycan Mətbuat Şurasının "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının növbəti iclası keçirildi. İclasda "Yüksələn Azərbaycan", "Azərbaycan naminə", "Haqqın sədası press" qəzetləri, "Jam.az" və "İskra.az" saytları olmaqla ümumilikdə beş kütləvi informasiya vasitəsinin adının peşə davranışı qaydalarını mütəmadi pozaraq insanların şərəf və ləyaqətini aşağılayan, işgüzar nüfuzunu ləkələyən media orqanlarının yer aldığı "qara siyahı"ya salınması üçün Şuranın İdarə Heyətinə müvafiq təqdimatın verilməsi barədə rəyə gəlindi.
Bu rəy tam obyektiv xarakter daşıyır, konkret şikayətlərdəki narazılıq motivlərinə, şikayətlərin say çoxluğuna, dəfələrlə təkrarlanmasına əsaslanır, bəzilərinə edilən xəbərdarlıqların nəticəsiz qalmasından irəli gəlir. Şura, ehtiyac yarandığı təqdirdə, bu qəbildən olan məsələlərin detallarını cəmiyyətə açıqlayacaq. Qurum mövcud istiqamətdəki bütün suallara, müzakirələrə tam açıqdır.
Hər bir KİV istənilən şəxsi, o cümlədən dövlət məmurunu ən sərt şəkildə tənqid etmək, onunla əlaqədar faktları cəmiyyətə açıqlamaq hüququna malikdir. Bu azadlıq heç bir media orqanının əlindən alına bilməz. Ancaq sözügedən KİV-lərin mövcud sərbəstlik mühitindən bəhrələnmələri media azadlığı prinsiplərindən deyil, həmin prinsipləri açıq şəkildə təhdid edən hərəkətlərdən, sivil jurnalistikaya yad davranışlardan, medianı daimi təzyiq vasitəsi olaraq görmək mahiyyətindən qaynaqlanıb.
Mediadan sui-istifadə meyllərinə qarşı fəaliyyəti şərti olaraq "reket jurnalistika"ya qarşı mübarizə adlandırırıq. Bu deyim Mətbuat Şurası yaranmazdan öncə də var idi. Sadəcə, Şuranın formalaşması ilə məsələ ictimai motiv qazandı.
Ümumən onu da bildirək ki, Azərbaycan Mətbuat Şurasının ölkə jurnalistlərinin 23 dekabr 2006-cı ildə keçirilmiş IV qurultayının qətnaməsinin tələbinə müvafiq şəkildə hazırlanmış, MŞ İdarə Heyətinin 30 yanvar 2007-ci il tarixli iclasında təsdiq edilmiş "Reket nəşr"lərin müəyyənləşdirilməsinə dair Təlimatda işlədilən və kütləvi informasiya vasitələrində yayılan "reket jurnalistika", "reket nəşrlər" və "reket qəzetlər" sözü özündə hüquqi məna ehtiva etmir.
Mətbuat Şurası quruma daxil olmuş şikayətlərə səbəb olan KİV materiallarında "reket" sözünün hüquqi məna daşıdığı hərəkət və ya hərəkətsizliyin nəticəsi olaraq törədilən cinayət əməlinin mövcudluğundan şübhələnərsə, daxil olmuş şikayət aidiyyəti orqanlara göndərilir.
Mətbuat Şurasının İdarə Heyəti qurumun Nizamnamə tələblərini rəhbər tutaraq mətbuatda hədə-qorxu və şantajla müşayiət edilən, davamlı şəkildə eyni bir şəxs barədə qeyri-dəqiq məlumatların qabardılmasına söykənən yazıları qarşı tərəfə - hüquqi, yaxud fiziki şəxsə təsir vasitəsi kimi qəbul etdiyindən, mübarizəsini belə hərəkətlərə yol verən media quruluşlarını "qara siyahı"ya salmaqla aparır. Bu zaman peşə fəaliyyəti şikayət(lər)ə səbəb KİV-lərin müvafiq yazılarında tənqid obyektinə çevrilən hüquqi və fiziki şəxsə münasibətdə seçilmiş ifadələrdəki forma və metodlar əsas götürülür.
"Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının haqqında söz açdığımız iclası barədə yayılan məlumata maraq kifayət qədər böyük oldu. Bu marağı təbii qarşılayırıq. İlk növbədə ona görə ki, Azərbaycan mediası öz nüfuzuna ləkə gətirən təmayüllərin sıradan çıxarılması müstəvisində baş verənlərə həssas yanaşır. İclasdan sonra müəyyən şəxslərin MŞ-ni təftiş etməyə maraq göstərmələri isə qətiyyən anlaşılmır. Şuranın fəaliyyət məramı hər kəsə, o cümlədən onlara yaxşı bəllidir.
MŞ-nin struktur kimi təkmilləşməsinə, mütəhərrikləşməsinə ehtiyac var. Bu mənada qurum tənqidi fikirlərə açıqdır və həmişə dözümlü olub. Ancaq Şuranı jurnalist adına ləkə gətirən, "qara siyahı"ya düşmək təhlükəsindən qeyzlənərək qələmi nifrət alətinə çevirən hansısa şəxslərin cızma-qarasından ictimai müzakirə düzəldəcək qədər təftiş cəhdləri yolverilməzdir.
Mətbuat Şurasına daxil olan şikayətlərin əksər hissəsində ifadə olunan narazılığın kökündə ayrı-ayrı şəxslərin media adından sui-istifadə məqsədi dayanır. Şura bu kimi məsələlərin heç də hamısını iclaslarda müzakirəyə çıxarmır. Bizim üçün maraqlı olan cəhət şikayətçinin haqlı iradının cavabdeh KİV tərəfindən dərkidir. Mövcud istiqamətdə ilkin tədbir kimi barəsində şikayət olunan media qurumu ilə prosedur qaydalara uyğun söhbətlər aparılır və onun rəhbərliyinin nəzərinə şikayətçinin yazı ilə bağlı düzəliş, təkzib və ya üzrxahlıq istəyi çatdırılır. Eyni zamanda, məsələlərin dəqiqləşdirilməsi yolu ilə imkan yaradılır ki, cavabdeh yol verdiyi nöqsanı ilkin mərhələdəcə aradan qaldırsın. Məsələ həllini tapdıqda şikayətin növbəti müzakirə instansiyasına çıxarılmasına ehtiyac qalmır.
Xüsusi vurğulayaq ki, Şuranın Katibliyi tərəfindən cavabdeh KİV-lərin təmsilçilərilə söhbətlərin aparılması, tərəflərə mümkün barış variantlarının təklif edilməsi Nizamnamə tələblərinə tam uyğundur. Hansısa KİV tövsiyədən nəticə çıxarmaq istəmirsə, şikayətin komissiyalarda araşdırılması da prosedur iş prinsipləri çərçivəsindədir.
Sonda "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının axırıncı iclasından sonra Mətbuat Şurası haqqında cəmiyyəti yanlış məlumatlandırmağa hesablanmış fikirlərə cavab olaraq bildiririk ki, Şura media məkanımızdakı xoşagəlməz hallarla mübarəzədə prinsipial dəst-xəttinə sadiq qalacaq. Çünki bu dəst-xətt Azərbaycanın həqiqi jurnalistlərinin inam və etimadına söykənir. Hansı imitasiyalara yol vermələrindən, özlərini hansı obrazda təqdim etmələrindən, kimlərin himayəsinə sığınaraq ruhlanmalarından asılı olmayaraq, jurnalist adını ləkələyənlərlə mübarizə daha barışmaz xarakter alacaq. Bu mübarizə təkcə peşə dəyərlərinə riayət edilməsinin vacibliyini rəhbər tutmur, habelə Azərbaycanda qərarlaşmış ictimai mühitə, dinc birgəyaşam qaydalarına, cəmiyyətin axarına qarşı medianın gücündən yararlanaraq həyata keçirilən təhdid cəhdlərinin qarşısının alınmasını hədəf seçir.
Azərbaycan mediasının özünütənzimləmə qurumu olan Mətbuat Şurası heç bir güzəştə getməyəcək. Əsl qələm sahiblərinin dəstəyinə güvənərək prinsiplərinə sadiq qalacaq.






VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ