Bazar günü günü, 08 noyabr 2026
     

Daxili Qoşunlarımız: tarixi yola baxış...

Image


Hər bir dövlət üçün onun təhlükəsizliyinin təmin olunması strateji vəzifədir. Bu mürəkkəb vəzifənin yerinə yetirilməsi müvafiq güc strukturlarına həvalə edilir. Müxtəlif ölkələrdə təhlükəsizliyə cavabdeh bu qurumların statusu da fərqlidir.
Təhlillər göstərir ki, dövlət daxilində ictimai asayişin və təhlükəsizliyin qorunması üzrə tapşırıqların həcmi və mürəkkəbliyi, polis orqanları ilə yanaşı, xüsusi hərbi bölmələrin də prosesdə iştirakını zərurətə çevirir. Həmin hərbi bölmələrin çoxfunksional tapşırıqları daxili və xarici təhlükələrin dəf edilməsinə yönəlir.
Bir çox inkişaf etmiş ölkələrin təcrübəsində daxili təhlükəsizliyi qoruyan polis funksiyalı hərbi qurumlar xüsusi yer tutur. Məsələn, İtaliyada Karabinerlər, Türkiyədə Jandarma bu kimi təşkilatlardandır. Sözügedən qurumlara ölkələrinin iç güvənliyinin saxlanmasında geniş səlahiyyətlər verilib. İstər Karabinerlər, istərsə də Jandarma qurumlarının zəngin tarixi var.
Azərbaycan Respublikasında ictimai təhlükəsizliyin qorunması funksiyasını yerinə yetirən Daxili İşlər Nazirliyi Daxili Qoşunları ilə yuxarıda qeyd olunan xarici ölkələrdəki müvafiq qurumlar arasında müəyyən paralellər aparmaq olar. Müqayisələr apardıqda oxşar funksiyalar az olmasa da, fərqli cəhətlər də çoxdur.
Azərbaycan DİN Daxili Qoşunlarının tarixini öyrənərkən Azərbaycan Demokratik Respublikası (ADR) və Sovet dövrünə dair faktların təhlil edilməsi vacibdir. ADR-in təşəkkül tapdığı bir dövrdə milli parlamentin qərarına əsasən, şəhərlərdə ictimai asayişi təmin etmək məqsədilə 1919-cu ilin 1 iyun tarixindən könüllü əsgərlər dəstələri yaradılıb. 1920-ci il martın 27-də isə ADR-in Dövlət Mühafizə Komitəsinin qərarı əsasında asayişi qoruyan yardım alayının könüllü dəstələri Daxili İşlər Nazirliyinin sərəncamına verilib. Yardım alayının ilk rəisi olmuş Yusif Ziya Talıbzadə milli istiqlal hərəkatının fəal iştirakçılarından biri idi.
SSRİ dövründə də dövlətdə ictimai təhlükəsizliyin qorunması məqsədilə hərbi statuslu xüsusi qurum formalaşdırılıb və Daxili Qoşunlar adlandırılıb. SSRİ-də DQ-nin xidməti fəaliyyətinin imkanları və miqyası kifayət qədər geniş olub. Həmin imkanları yaratmış maddi-texniki bazanın və kadr potensialının bir hissəsi sonrakı tarixi dövrdə MDB ölkələrinə miras qalıb.
SSRİ DİN DQ-nin sıralarında azərbaycanlı zabit, gizir, çavuş və əsgərlər də xidmət edib. Onların bir qisminin zəngin xidmət təcrübəsindən sonradan ölkəmizin ordu quruculuğu prosesində istifadə olunub.
Azərbaycanın Daxili İşlər Nazirliyinin tərkib hissəsi olan Daxili Qoşunlar 1991-ci ilin son aylarında yaradılmağa başlayıb. SSRİ DİN DQ-nin respublikamızın ərazisində dislokasiya olunmuş hərbi hissələri o vaxt respublikamızın sərəncamına keçib. Həmin vaxt bu hərbi hissələrin anbarlarındakı hərbi əmlak, silah-sursat, xüsusi vasitələrin ölkədən daşınmasının qarşısı alınıb.
1991-ci ilin dekabrında Azərbaycan DİN DQ-nin hərbi hissələrinin komplektləşdirilməsi üçün onun sıralarına ilk çağırış həyata keçirilib. 17.12.1991-ci il tarixdə çağırışçıların ilk qrupu hərbi hissələrə qəbul olunub.
1992-ci il fevralın 2-də DQ-nin əsgərlərinin ilk hərbi andiçmə mərasimi təşkil olunub. Həmin mərasimdə əsgərlər müstəqil Azərbaycan Respublikasının hərbi andını qəbul edib.
Əslində, Daxili Qoşunlar müstəqil dövlətimizin ilk nizami qoşun növü kimi ordu quruculuğunun başlanğıc mərhələsində xüsusi rol oynayıb.
Azərbaycan Daxili Qoşunları 1992-ci il martın 12-də Ağdam rayonunun Papravənd və Qalayçılar kəndləri ərazisində erməni işğalçılarına qarşı döyüşə başlayıb. Məhz bu tarix əsas götürülərək, vətənin müdafiəsində xidmətləri nəzərə alınaraq, həmin gün Daxili Qoşunların günü elan olunub.
Azərbaycan Respublikası Prezidenti tərəfindən bu barədə fərman 1995-ci il martın 9-da imzalanıb. Beləliklə, 1995-ci ildən başlayaraq Daxili Qoşunlar günü dövlət səviyyəsində qeyd olunur.
DQ-nin şəxsi heyəti Dağlıq Qarabağ, Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Laçın və Cəbrayıl rayonları ərazisində şərəfli döyüş yolu keçib. Ərazi bütövlüyümüz uğrunda döyüşlərdə DQ-nin şəxsi heyətindən 510 nəfər şəhid olub, 1166 nəfər yaralanıb, 268 nəfər isə itkin düşüb.
Füzuli rayonunun Horadiz qəsəbəsinin (hazırda şəhər - Y.A.) və 12 kəndinin, o cümlədən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin düşmən tapdağından azad edilməsində DQ-nin şəxsi heyəti fədakarlıq göstərərək döyüş tapşırıqlarını uğurla yerinə yetirib.
Qarabağ müharibəsində DQ-nin hərbi qulluqçularının şücaəti müasir hərb tariximizdə şərəfli iz qoyub. 1992-ci ilin iyul ayında Ağdərənin Aterk kəndi uğrunda ağır döyüşdə 38 nəfər döyüşçü mühasirəyə düşərək son nəfəsinədək düşmənlə vuruşub. Azğın ermənilər onların meyitini yandırıb. Həmin ərazidə növbəti döyüşlər nəticəsində bu döyüşçülərin meyitinin qalıqlarını götürmək mümkün olub. Həmin qalıqlar Bakıdakı Şəhidlər Xiyabanında qardaşlıq məzarında dəfn edilib.
1993-cü ilin dekabr ayında Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında mühüm müdafiə mövqeyində dayanan Şahin Abbasovun manqası düşmən tankının həmləsi qarşısında belə geri çəkilməyib. Manqanın igid döyüşçüləri düşmən tankı altında torpağa gömülərək şəhidlik zirvəsinə ucalıb.
Daxili Qoşunların döyüş yolunda belə nümunələr çoxdur. Bu nümunələrin təbliğ olunması hər zaman üçün aktualdır.
Zəngin döyüş təcrübəsinin olması Daxili Qoşunların bu gün üçün də döyüş qabiliyyətinin formalaşdırılmasında xüsusi rol oynayır.
(Davamı gələn sayımızda...)






VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ