Bazar günü günü, 08 noyabr 2026
     

Əli Həsənov Azərbaycanda sabitliyin heç vaxt pozulmayacağını iki tutarlı arqumentlə əsaslandırdı

Image


Prezident İlham Əliyev elə bir siyasətçidir ki...

"...Mehriban xanımın rəhbərlik etdiyi komanda..."

Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Azad Azərbaycan" televiziyasının "Həftə sonu" analitik informasiya proqramına müsahibə verib. Müsahibədə Prezident İlham Əliyevin Bolqarıstan səfəri, I Avropa Oyunlarına hazırlıq, iqtidar-müxalifət dialoqu, bəzi beynəlxalq qurumların Azərbaycana ikili yanaşması və s. məsələlər ətrafında söhbət aparılıb. "Trend" Kaspi.az-a istinadən müsahibəni təqdim edir.
- Əvvəla, bizə vaxt ayırdığınız üçün Sizə təşkkür edirik. Eyni zamanda, Sizi təbrik edirik. Cənab Prezident tərəfindən Sizə böyük etimad göstərildi, səlahiyyətləriniz genişləndirildi.
- Təşəkkür edirəm. Əlbəttə, mən bu məsələyə heç cür münasibət bildirə bilmərəm. 20 ilə yaxındır ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinə rəhbərlik edirəm. Bu 20 il ərzində gördüyüm işlər, əlbəttə, həm cəmiyyət üçün, həm də cənab Prezident üçün aydındır. Bizim vəzifəmiz işləməkdir, rəhbərlik də bunu dəyərləndirir. Əlbəttə, böyük etimaddır. İstər-istəməz, hər bir vəzifə, etimad əlavə məsuliyyət, yük, əlavə zəhmət tələb edir. Heç bir iş zəhmətsiz başa gəlmir. İctimai-siyasi sahə elədir ki, bütün gün ərzində işləmək lazımdır. Yəni gəldim Administrasiyada 5-10 saat işlədim, bu yetərli deyil. Demək olar ki, insanın bütün zamanı ictimai-siyasi proseslərin izlənməsinə, proqnozlaşdırılmasına, proqramlaşdırılmasına və idarə olunmasına sərf olunur. Bu elə-belə sahə deyil. Azərbaycanın inkişafının təməlində sabitlik dayanır, Azərbaycan xalqının maraqlarının düzgün dərk olunması, proqramlaşdırılması və həyata keçirilməsi dayanır. Ona görə də ictimai-siyasi iş də gün ərzində insanın vaxtını, o cümlədən əməyini tələb edir. Və biz də bu sahədə bacardığımız işi görürük.
- Əli müəllim, ölkədəki hazırkı ictimai-siyasi mühiti necə qiymətləndirirsiniz?
- Azərbaycanın hakimiyyəti son iyirmi ildə yürütdüyü siyasətdə xalqın maraqlarını, əhalinin istək və arzularını nəzərə alır. Sabitliyi poza bilən iki amil ola bilər. Birinci amil ondan ibarətdir ki, sabitliyin qarantı olan xalq mövcud hakimiyyətin siyasətini dəstəkləmir və onun yürütdüyü siyasətə müxtəlif səviyyələrdə narazılıq ifadə edir. Gördüyünüz kimi, bu yoxdur. Bu yoxdursa, deməli dövlət öz siyasətini düzgün istiqamətdə formalaşdırır, Prezident və onun komandası Azərbaycan xalqının maraq və mənafelərini düzgün nəzərə alır, dövlət nə etdiyini və bunu həyata keçirməyin yollarını bilir və xalq tərəfindən dəstəklənir. Sabitliyin ikinci şərti ölkədəki mövcud ictimai-siyasi təşkilatlar, vətəndaş cəmiyyəti institutları, siyasi institutlar, milli, dini qurumlar və əhalinin digər kəsimləridir. Bunların da maraqları dövlətin siyasətində öz əksini tapırsa və yürüdülən siyasət eyni zamanda hamının maraqlarını nəzərə alırsa, deməli, buradan da dəstək var. Bildiyiniz kimi, Azərbaycanda vətəndaş cəmiyyəti institutları ilə mütəmadi olaraq dialoqlar aparırıq, onların fikirlərini, maraqlarını izləyirik, dinləyirik, ümumiləşdiririk. O cümlədən siyasi institutlar və digərlərinin də. Ona görə də Azərbaycanda ictimai-siyasi sabitlik, bu gün olduğu kimi, düşünürəm ki, gələcəkdə də qalacaq. Prezident İlham Əliyev və onun komandası Azərbaycan xalqının maraqlarını düzgün ifadə edir və xalq tərəfindən də dəstəklənir.
- Son aylarda siyasi partiyalarla iş daha da fəallaşıb. Xüsusilə iqtidar-müxalifət dialoqunu buna misal göstərmək olar. Amma təəssüflər olsun ki, müxalifətin radikal qanadı özünəqapanma ilə məşğuldur. Bu isə əks effekt verir, daxili parçalanmaya səbəb olur. Bu proseslərə münasibətiniz necədir?
- Mən əslində bu radikal kəsimin özünü proseslərdən kənarda saxlamasına qiymət vermək istəmirəm. Cəmiyyətdə bu barədə açıq müzakirələr gedib, hazırda da gedir və gələcəkdə də gedəcək. Azərbaycan cəmiyyətinin sabitliyində maraqlı olan bütün qüvvələr buna münasibət bildiriblər. Ona görə də, tərəf olaraq, biz iqtidarıq. Mən iqtidarı o görüşlərdə, danışıqlarda təmsil edirəm. İqtidar olaraq biz buna münasibət bildirmirik. Qoy cəmiyyət özü münasibət bildirsin ki, nəyə görə onlar özlərini kənarda saxlayırlar və bu kənarda qalma onların, cəmiyyətin xeyrinədir, ya ziyanınadır.
Başqa məsələni demək istəyirəm. Cəmiyyətdə qarşılıqlı anlaşma mühitinin qurulması iqtidarın mövcud siyasətidir. Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən daxili qüvvələrlə, ictimai-siyasi təşkilatlarla, QHT-lərlə, mətbuatla mütəmadi olaraq işçi dialoq aparılıb. Bilirsiniz ki, Azərbaycan dövləti ölkənin gələcəyini bunlarsız təsəvvür etmir. Mən il ərzində həm QHT-lərlə, həm mətbuat nümayəndələri ilə, həm də siyasi partiyalarla bir neçə görüş keçirirəm. Və bu görüşlərin nəticəsi olaraq dövlət siyasətinə bu və ya digər korrektələr edirik, bu və ya digər məsələlərdə onların təklif və rəylərini nəzərə alırıq. Çünki cəmiyyət təkcə hakimiyyət və ona bu mandatı verən xalqdan ibarət deyil. İqtidarla xalqın arasında üçüncü bir qüvvə də var. Bu da, dediyim kimi, mövcud vaxt çərçivəsində hakimiyyətə iddialı olan, lakin hakimiyyətə gələ bilməyən siyasi partiyalardır. Onlar opponentlik funksiyasını yerinə yetirir və onların vəzifəsi bundan ibarətdir. Mütəmadi olaraq cəmiyyətdəki əhval-ruhiyyəni nəzərə alaraq müxtəlif vətəndaş təşəbbüslərini reallaşdıran QHT-lər var, onların maraqları, gündəlik təşəbbüsləri və digər məsələlər nəzərə alınmalıdır.
Mətbuat isə xalqla dövlət arasında, dövlətlə ictimai-siyasi institutlar arasında bağlayıcı vasitədir. Hər birinin fəaliyyətini işıqlandırır, cəmiyyətin onlara qiymətini gündəmə gətirir. Mətbuatla iş qurulmalıdır. Azərbaycan çoxmillətli dövlətdir. Onlar arasında balanslı milli siyasət yürüdülməlidir. Azərbaycan tolerantlıq iddiasındadır və bölgənin ən tolerant ölkəsidir. Biz bunu dünyaya böyük məmnuniyyətlə yayırıq. Deməli, Azərbaycandakı müxtəlif dini konfessiyalar arasındakı münasibətlər öyrənilməlidir. Onlarla mütəmadi görüşlər keçirilməli və onların maraq və mənafeləri nəzərə alınmalıdır. Bütün bunları ümumiləşdirəndə demək olar ki, Azərbaycanda bu istiqamətdə yürüdülən dövlət siyasəti təqdirəlayiqdir. Bunu tək biz deyil, opponentlərimiz, o cümlədən bizi əhatə edən dövlətlərin ictimai-siyasi xadimləri də Azərbaycana gələrkən və ya biz xaricdə onlarla görüşərkən qiymətləndirirlər.
- Bəzi xarici təşkilatlar Azərbaycanda özlərinin "beşinci kolon"larını yaratmaq siyasəti yürütməyə çalışıblar və hər dəfə də rəsmi Bakının yerində müdaxiləsi ilə bunlar zərərsizləşdirilib. Bu siyasət onları daha da aqressivləşdirir, ikili standartları çərçivəyə sığmır. Beynəlxalq təşkilatlarla bağlı son vəziyyət necədir?
- Mən 20 ilə yaxındır ki, daxili və xarici QHT-lərlə işləyirəm. Bunların əksəriyyətinin məqsəd və məramı, missiyası hamıya bəllidir. Əlbəttə, QHT ayrı-ayrı vətəndaşların, vətəndaş qruplarının təşəbbüsləri əsasında yaranır və onların bu və ya digər ideyalarını reallaşdırmağa xidmət edir. Amma təəssüflər olsun ki, beynəlxalq QHT-lərin çoxu müəyyən qlobal güclər tərəfindən yaradılıb və dünyada dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətlərdə əlavə resurs kimi istifadə olunur. Təkcə bir faktı xatırladım. "Avroviziya" müsabiqəsi zamanı, Azərbaycan belə böyük Avropa mədəni aksiyasına ev sahibliyi edərkən bəzi QHT-lər antiAzərbaycan koalisiyası yaratdılar. Məqsəd isə o idi ki, o vaxta qədər bəzi qlobal güclərin Azərbaycan dövlətinə qəbul elətdirə bilmədiyi, Azərbaycan dövlətini yönəldə bilmədiyi istiqamətlərə bu resurslardan istifadə etməklə Azərbaycanı yönəltsinlər. Bununla bağlı kampaniyalar aparıldı. Belə kampaniyalarla daxildə və xaricdə Azərbaycanın imicinə təsir göstərilməyə çalışıldı. Bu il də bilirsiniz ki, Avropa Oyunlarına ev sahibliyi edəcəyik. Hər bir dövlət bu cür tədbirləri təşkil etməyi istəyir və bunlar dövlətin beynəlxalq imicinə mütləq şəkildə təsir göstərir. Lakin yenə həmin qruplar təşkilatlanmağa, qruplaşmağa və bəzi beynəlxalq güclərin əlində alət olaraq bu tədbirdən istifadə etməklə Azərbaycana təzyiq göstərməyə çalışırlar.
Hər bir xarici dövlət, beynəlxalq təşkilat Azərbaycanı öz istədiyi kimi görmək istəyir. Amma Azərbaycan dövləti onların maraq və istəyinə uyğun dövlət ola bilməz. Azərbaycan dövlətinin təməlində Azərbaycan xalqının maraqları, mənafeyi dayanır. Deməli, dövlət olaraq onun birinci vəzifəsi xalqın maraq və mənafelərinin təmin edilməsidir. Bütün digər məsələlər vasitədir. Hansısa təşkilatlarla münasibət, musiqi, idman yarışları xalqın həyatında məqsəd ola bilməz. Bunlar xalqın gələcək həyatını yaxşılaşdırmaq üçün vasitədir və bu vasitələrdən biz məharətlə istifadə edirik, etməyə çalışırıq. Və belə olan halda, biz beynəlxalq təşkilatları da anlayırıq. Onların fəaliyyətinin, siyasətlərinin köklərini də bilirik. Amma onların nəyi nə qədər istəmələrindən asılı olmayaraq, biz bir dövlətik. Dövlətin isə maraqları, bu maraqların obyekti, subyekti, fəaliyyətinin istiqamətləri var. Prezident İlham Əliyev elə bir siyasətçidir ki, ona heç kim kənardan təzyiq göstərə bilməz. Onunla ancaq dost, tərəfdaş olmaq olar. İndiyədək kimsə ona təsir göstərə bilməyib, onu öz haqq yolundan, öz millətinin, dövlətinin maraqları istiqamətində fəaliyyətindən sapdıra bilməyib, bundan sonra da mümkün deyil.
- I Avropa Oyunlarına hazırlıq istiqamətində çoxlu işlər görülüb. Ölkənin birinci xanımı, təşkilat komitəsinin sədri Mehriban Əliyevanın gördüyü işlər əvəzsizdir. Hazırda bu hazırlıq işləri nə yerdədir?
- Bununla bağlı geniş məlumat verməyəcəyəm. Çünki görünən dağa nə bələdçi? Artıq demək olar ki, dünyanın bütün aparıcı ölkələrində, dünya siyasətinin, mədəniyyətinin, dünya idmanının əsas mərkəzlərində təqdimatlar keçirilib. Bilirsiniz ki, biz "Avroviziya"da elə bir standart ortaya qoyduq ki, bizdən sonra onu keçirənlər cəhd göstərir Azərbaycan standartları səviyyəsinə qalxsınlar. İndi də Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi edir. Deməli, Azərbaycan ilk standartları müəyyənləşdirir. Əslində bu oyunlar, məsələn, ötən il Soçidə keçirilən Qış Olimpiya oyunlarından daha geniş əhatə dairəsinə malikdir. Yəni idmançıların, onları müşayiət edəcək personalın sayına görə Qış olimpiadasından bəlkə də 2-3 dəfə çox iştirakçı gözlənilir. Ona görə də bu çox mühüm, amma eyni zamanda məsuliyyətli və çətin bir tədbirdir. Lakin Azərbaycan dövləti son zamanlar bütün dünyaya sübut edib ki, biz nəinki belə oyunları təşkil etməyə qadirik, bundan yüksəyini də bacararıq.
Prezident İlham Əliyev, çox hörmətli Mehriban xanım Əliyeva başda olmaqla, həm dövlət strukturları, həm Heydər Əliyev Fondu və onun rəhbərliyi altında olan xarici ölkələrdəki strukturlar, eyni zamanda 2015-ci il Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri kimi Mehriban xanımın rəhbərlik etdiyi komanda çox ciddi fəaliyyət həyata keçirir və bu fəaliyyətin də nəticələri artıq göz qarşısındadır. Düzdür, yenə bəzi QHT-lər, daxili və xarici qüvvələr ayrı-ayrı mövcud olmayan məsələləri uydururlar, guya hansısa beynəlxalq təşkilatlar Azərbaycanda insan hüquqlarını əsas gətirərək Avropa Oyunlarını boykota çağırırlar. Amma bunların heç bir əsası yoxdur. Cəhdlər var, amma quru divara palçıq yapışdırmaq mümkün olmadığı kimi, bizim haqq işimizə də heç kim kölgə sala bilməz.
- Əli müəllim, ötən həftənin əsas hadisəsi öncə Mehriban xanım Əliyevanın, daha sonra cənab Prezident İlham Əliyevin İtaliya səfərləri, Vatikan görüşləri oldu. Bu səfərləri şərh edərdiniz.
- Bilirsiniz ki, son zamanlar Azərbaycan Avropanın əsas enerji təminatı mərkəzlərindən birinə çevrilib. Hazırda "Şahdəniz 2" layihəsi çərçivəsində Avropanın gələcək qaz təminatında mühüm bir faktora çevrilərək Azərbaycan transmilli layihələr həyata keçirir. TAP, TANAP, bunlardan əvvəl Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tiflis-Qars dəmir yolu layihəsi və digər bu kimi transmilli layihələrə Azərbaycan ev sahibliyi edir. Prezidentin Bolqarıstana səfəri Azərbaycanın reallaşdırmaq istədiyi və təməlini qoyduğu layihələrə Şərqi Avropa ölkələrinin qoşulması təşəbbüslərini müzakirə etmək, mövcud imkanları araşdırmaq, Bolqarıstanla gələcək ikitərəfli, çoxtərəfli münasibətləri, o cümlədən enerji və digər məsələləri müzakirə etmək və tənzimləmək məqsədi ilə reallaşdırıldı. Səfərin kifayət qədər müvəffəqiyyətli, uğurlu yekunları var. Bu haqda ictimaiyyətə məlumatlar verilir və veriləcək. O ki qaldı hörmətli Mehriban xanımın Romaya səfərinə, Vatikanda keçirdiyi görüşlərə, Romada baş tutan 2015-ci il I Avropa Oyunlarının təqdimat mərasiminə, bilirsiniz ki, bunlar sistemli tədbirlərin tərkib hissəsidir. Dünya ölkələrinin Oyunlara qatılmayan kəsiminə belə, keçiriləcək oyunlar, Azərbaycanın mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərləri, musiqisi və s. çatdırılır. Təkcə oyunların keçiriləcəyi günlərdə deyil, hazırlıq dövründə də Azərbaycanın təbliği sahəsində o qədər möhtəşəm işlər görülür ki, hesab edirəm, bizim əlimizə heç də tez-tez belə imkan düşmür.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ