"Dünyanın heç bir ölkəsi Azərbaycanın yaxın tarixdə məruz qaldığı zorakılıq kimi hallardan sığortalanmayıb”.
APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Qafqaz Müsəlmanları İdarəsində (QMİ) sədr Allahşükür Paşazadə ilə keçirdiyi görüş zamanı deyib. O bildirib ki, ABŞ-ın özü də bu cür hallardan sığortalanmayıb: "Ona görə də biz belə halların baş verməməsi üçün birgə çalışmalıyıq”.