Bu gün Bakıda yol polisləri əsasən qayda pozan xanımı sürücüləri saxlayıblar. Bu dəfə onlara heç bir cərimə yazılmayıb, əksinə, gül və qiymətli hədiyyələr alan xanım sürücülərə yol polisi tərəfindən bayram hədiyyəsi edilib.
Avtosfer.az xəbər verir ki, yol polisləri paytaxtın müxtəlif küçə və prospektlərində təhlükəsizlik kəmərindən istifadə etməyən, müxtəlif qayda pozuntularına yol verən xanım sürücüləri saxlayıblar. Amma DYP əməkdaşları 8 Mart Beynəlxalq Qadınlar Günü olduğu üçün həmin sürücülərə sadəcə xəbərdarlıq edib və onlara cərimə yazılmadan hədiyyələr verilib. Ümumilikdə, 50-yə qədər xanım sürücünü mükafatlandıran yol polisləri piyada keçidlərindən istifadə edən xanımları da yaddan çıxarmayıblar. Təxminən, 10 xanım piyada keçidindən istifadə etdiyi üçün yol polisindən hədiyyə qazanıb.