Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Vatikanda Roma Papası Fransisklə görüşüblər. APA-nın Vatikan radiosuna istinadən verdiyi məlumata görə, bu barədə Papanın mətbuat xidmətinin yaydığı kommünikedə deyilir.
Görüşdə dinlərarası dialoq və münaqişələrin həlli ilə bağlı danışıqlar prosesi əsas müzakirə mövzuları olub.