"Çanaqqala savaşı ilə əlaqəsi olan ölkələrin hamısına dəvətnamə göndərmişik. Biz bu tarixi hadisənin tanınması üçün ev sahibliyi etməyə hazırıq". Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun bu gün keçirilən tədbirdə deyib.
Səfir bildirib: "Biz Çanaqqala savaşının 100-cü ildönümünü qeyd edirik. Bu tədbirlərlə dünyaya çox böyük sülh mesajları vermək istəyirik. Hazırda bu mesajların verilməsini çox vacib hesab edirik”.