Xəzərin hüquqi statusunun müəyyənləşməsi ilə bağlı keçirilən danışıqlarda iştirak etmək üçün Bakıda səfərdə olan İran xarici işlər nazirinin Asiya və Sakit okean regionu üzrə müavini, İranın Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi İbrahim Rahimpur "Avesta Concern”in həyata keçirdiyi "Khazar İslands” layihəsi ilə tanış olmaq üçün şəhər-kompleksin salındığı ərazidə olub.
"Avesta Concern”in vitse-prezidentləri Rəşad Hacılı və Taleh Quliyev İran xarici işlər nazirinin müavininə "Khazar İslands” layihəsi haqqında geniş məlumat veriblər. Bildirilib ki, layihə yalnız Azərbaycan üçün deyil, bütövlükdə Xəzər regionu ölkələri üçün böyük əhəmiyyət kəsb edir. "Avesta Concern”in təmsilçiləri layihə çərçivəsində İran şirkətləri ilə əməkdaşlıqda maraqlı və hazır olduqlarını da qeyd ediblər.