MDB ölkələrinin Dəmiryol Nəqliyyatı Şurasının Sərnişin təsərrüfatı üzrə komissiyasının XV iclası İrəvanda keçiriləcək. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə "Cənubi Qafqaz Dəmiryolu" QSC-nin mətbuat xidmətindən bildiriblər.
İclasda Belarus, Gürcüstan, Qazaxıstan, Litva, Latviya, Moldova, Rusiya, Tacikistan, Özbəkistan, Ukrayna və Estoniyanın dəmiryol administrasiyalarının nümayəndələri iştirak edəcəklər.
Azərbaycan iclasda təmsil olunmayacaq.