Ermənistanın danışıqları uzatması bölgədəki şəraitə mənfi təsir göstərir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, bunu Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov martın 3-də Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Tsuquo Takahaşini qəbul edrkən deyib.
Müdafiə naziri regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq səfirə Ermənistanın işğalçılıq siyasəti barədə ətraflı məlumat verib: "Ermənistanın işğalçılıq siyasəti bu gün də davam edir. Bunun nəticəsində sülh prosesi yubanır. Ermənistanın danışıqları uzatması isə bölgədəki şəraitə mənfi təsir göstərir”.