Bazar günü günü, 08 noyabr 2026
     

Əli Həsənov Dünya Xəbər Agentlikləri Konqresində Azərbaycanın media-informasiya siyasətinin əsas prinsiplərini izah etdi

Image


"Sizi - Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakıda keçirilən növbəti iclasının iştirakçılarını və AzərTAc-ın 95 illik yubileyi mərasimində iştirak edən yaxın-uzaq xarici ölkələrin informasiya agentliklərinin rəhbərlərini qədim tarixi və zəngin mədəniyyətə, demokratik ənənələrə malik Azərbaycanın paytaxtında salamlayıram.
Bildiyiniz kimi, Dünya Xəbər Agentliklərinin V Konqresinin 2016-cı ildə Bakıda keçirilməsi barədə qərar 2013-cü ilin noyabrında Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyadda - qurumun IV Konqresində qəbul olunub. Qərara əsasən, AzərTAc 2016-2019-cu illərdə Konqresə sədrlik edəcək. Azərbaycana göstərilən bu yüksək etimada görə Konqres Şurasının və üzv agentliklərin rəhbərlərinə minnətdarlığımı bildirirəm". "Trend"in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Bakıda keçirilən Dünya Xəbər Agentlikləri Konqresi Şurasının (NACO) iclası və AzərTAc-ın 95 illik yubileyi mərasimində çıxışı zamanı deyib.
Ə.Həsənov bildirib ki, həmçinin 2016-cı ildə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası Dünya Xəbər Agentliklərinin V Konqresi ilə eyni vaxtda Bakıda keçiriləcək OANA da UNESCO-nun qərarı ilə yaradılan nüfuzlu beynəlxalq media qurumlarından biridir: "OANA-nın növbəti Baş Assambleyasının Azərbaycanda keçirilməsi barədə qərar 2013-cü ilin sentyabrında Moskva toplantısında qəbul olunub. Biz bu qərarları Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasının, həmçinin ölkənin milli informasiya agentliyi olan AzərTAc-ın dünya informasiya məkanına inteqrasiyasının daha bir təsdiqi kimi qiymətləndiririk. Bu gün siz Bakıda Dünya Xəbər Agentlikləri Konqresi Şurasının ikinci iclasını keçirirsiniz. Sizin bir çoxunuz Azərbaycanda dəfələrlə olmusunuz, bəziləriniz isə ölkəmizi və şəhərimizi ilk dəfədir görürsünüz. Əminəm ki, bu səfər sizə ölkəmizlə daha yaxından tanış olmaq imkanı yaradacaq. Xanımlar və cənablar, Azərbaycan tarixən Şərq ilə Qərbin, sivilizasiyaların qovuşduğu və bütün dövrlərdə yüksək tolerantlığı, qonaqpərvərliyi ilə tanınan ölkədir. Azərbaycan həm də müsəlman Şərqində 97 il əvvəl parlamentli ilk demokratik respublikanın qurulduğu, 142 il əvvəl ilk dünyəvi teatrın, 107 il əvvəl ilk operanın yarandığı, 140 il əvvəl ilk qəzetin nəşrə, 95 il əvvəl isə ilk milli informasiya agentliyinin fəaliyyətə başladığı ölkədir. Qeyd etdiyim kimi, Azərbaycanda yaradılan demokratik respublika 1920-ci ildə Sovet imperiyasının hərbi təcavüzü nəticəsində süquta uğradı. Azərbaycan 70 il Sovet imperiyasının tərkibində yaşamağa məcbur oldu. Bu illərdə respublikamızın dünya informasiya məkanına birbaşa çıxış imkanları yox dərəcəsində idi. Azərbaycan öz mədəniyyətini, tarixi həqiqətlərini sərbəst şəkildə dünyaya çatdıra bilmirdi. Bu illərdə sovet ideologiyasına uyğun jurnalistika ənənələri formalaşmışdı. Yalnız 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə mediamız beynəlxalq informasiya məkanına inteqrasiya etməyə, dünyada formalaşan jurnalistika ənənələrindən bəhrələnməyə başladı, ölkədə azad media formalaşdı. Bunun üçün çox mühüm siyasi və hüquqi islahatlar həyata keçirildi, qanunvericilik bazası formalaşdırıldı".
Ə.Həsənov xatırladıb ki, 1998-ci ildə mətbuat üzərində senzura ləğv edildi. Daha bir il sonra "Kütləvi İnformasiya Vasitələri haqqında" Avropa standartlarına cavab verən Qanun qəbul olundu: "Bu demokratik islahatlar sırasına, həmçinin, mətbuatın fəaliyyətinə nəzarət funksiyasını həyata keçirən nazirliyin ləğv olunması, "Televiziya və radio yayımı haqqında", "İnformasiya əldə etmək haqqında" qanunların qəbul edilməsi və digər tədbirlər daxildir. 2008-ci ildə media ilə bağlı daha bir mühüm hüquqi sənəd qüvvəyə mindi. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" adlanan bu sənəddə fikir, söz və mətbuat azadlığının inkişaf etdirilməsinin əsas müddəaları əksini tapıb. Bütün bunları sadalamaqda məqsədim odur ki, Azərbaycanda azad, demokratik, dünyəvi informasiya mühiti formalaşdırılması istiqamətində davamlı və məqsədyönlü iş aparıldığı barədə sizdə aydın təsəvvür yaransın. İndi Azərbaycan dövləti özünün daxili həyatını azad mediasız təsəvvür etmir. Hazırda ölkə mediası tam sərbəstdir və istənilən mövzuda yaza bilir, istədiyi məsələni qaldırır, ictimai müzakirəyə çıxarır".
Ə.Həsənov daha sonra bildirib: "Təsəvvür edin ki, Azərbaycanda 5 minə yaxın KİV qeydiyyatdan keçib, 40-a yaxın gündəlik, 300-dən çox həftəlik və aylıq qəzet, 100-dən çox jurnal, 55 televiziya və radio kanalı, çoxsaylı internet resursları, 20-yə yaxın informasiya agentliyi fəaliyyət göstərir. Ölkədə internetə giriş də tam sərbəstdir. Respublikanın ən ucqar regionunda belə həm mobil, həm də digər internet kanallarına çıxış var. Bu, eyni zamanda, ölkəmizdə sosial medianın əhatə dairəsinin genişlənməsinə şərait yaradır. Yalnız Facebook istifadəçilərinin sayı 1 milyon yarıma yaxınlaşır. Bu gün dünyada gedən qloballaşma proseslərində müasir media qarşısında mühüm vəzifələr durur. Onlar müəyyən problemlərlə, deyərdim ki, bəzən hətta ciddi, taleyüklü problemlərlə qarşılaşırlar. Kəskin rəqabət gedir. Əlbəttə, media qurumları arasında rəqabət təbiidir. Amma gərək bu rəqabət sağlam zəmin üzərində aparılsın, dünyada qəbul edilən dəyərləri gözdən salmağa deyil, onları daha da zənginləşdirməyə yönəlsin. Təəssüf ki, bəzən biz bunun əksi ilə qarşılaşmalı oluruq. Dünyada cərəyan edən hadisələr hətta çox nüfuzlu xəbər agentlikləri tərəfindən müxtəlif rakursda işıqlandırılır, siyasi mənafelərə uyğun şəkildə təqdim olunur. Bir sıra hallarda mediaya yoxlanmamış və ya qərəzli informasiya, yaxud sifariş xarakterli informasiya yol tapır. Bu isə beynəlxalq aləmdə ikitərəfli münasibətlərə zərər vurur".
Onun sözlərinə görə, müxtəlif media qurumlarının, xəbər agentliklərinin, əlbəttə, öz informasiya siyasəti var: "Bu belə də olmalıdır. Lakin obyektivlik, qərəzsizlik, faktın dəqiqliyi jurnalistika üçün çox vacibdir. Biz yalnız bu halda sağlam düşüncəyə əsaslanan ümumi anlaşmaya nail ola bilərik. Bu, xüsusən indi - bəşəriyyətin siyasi qarşıdurmalar, terrorizm, separatçılıq, dini ekstremizm, transmilli cinayətkarlıq kimi təhlükələrlə üzləşdiyi bir vaxtda daha vacibdir. İnsanların obyektiv informasiya ala bilməsi onlara təkcə öz ölkələrində deyil, həm də ümumən dünyada baş verən hadisələri doğru-düzgün qiymətləndirmək imkanı verir. Fikirlərimi tamamlayaraq sizə bu mötəbər iclasınızda səmərəli dialoq, qarşıya qoyduğunuz vəzifələrin həlli yollarının tapılmasında uğurlar arzulayıram. Hamınızı 2016-cı ilin noyabrında Bakıda keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresində görməyə şad olacağıq".
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ