Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan KİV-lərinin guya şənbə günü günorta saatlarında ölkə Silahlı Qüvvələrinin itkilər verdiyi barədə yaydığı məlumatı təkzib edir. Bunu şənbə günü Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.
V. Dərgahlı bildirib: "Ermənistan KİV-lərinin guya Azərbaycan Silahlı Qüvvələrinin itkilər verdiyi barədə yaydığı məlumat həqiqətə uyğun deyildir”.