ATƏT Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini ABŞ Erməni Milli Komitəsinin üzvləri ilə müzakirə edib. Trend-in məlumatına görə, bu barədə diplomat özünün twitter sosial şəbəkəsindəki səhifəsində yazıb.