Böyük Britaniya Parlamentində Mühafizəkarlar Partiyasını təmsil edən, Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü Bob Bləkmən Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar 805 saylı petisiya ilə (Early day Motion) həmkarlarına müraciət edərək imzatoplama kampaniyasına başlayıb.
Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, Petisiya Böyük Britaniya Parlamentinin saytında (http://www.parliament.uk/business/publications/business-papers/commons/early-day-motions/edm-detail1/?session=2014-15&edmnumber=805) yerləşdirilib.
Petisiyaya 4-dən artıq millət vəkili qoşulub.