Türkiyə və Almaniyanın ATƏT-in Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə vasitəçilik missiyasına cəlb edilməsi məsələsi gündəlikdə yoxdur. Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev jurnalistlərə deyib.
Onun sözlərinə görə, münaqişənin nizamlanması üzrə əsas missiya Fransa, Rusiya və ABŞ-ın üzərinə düşür və hazırda Minsk qrupunun formatının dəyişdirilməsinə ehtiyac yoxdur.