Azərbaycanlı girovlar üzərində "məhkəmə” başdan ayağa təxribatdır. Bunu Trend-ə Moldovanın parlament vəkili Aureliya Qriqoriu azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin "işi” üzrə "apelyasiya məhəkəməsi”nin Xocalının ildönümü günü keçirilməsi məsələsini şərh edərkən deyib.
Onun sözlərinə görə, azərbaycanlı girovların azad edilməsi məsələsi asan deyil və Avropa Məhkəməsinin Ermənistan və Rusiya tərəfindən Avropa İnsan Haqları Konvensiyasının pozulması ilə bağlı qərarından sonra həll edilə bilər.