"Hərbi qulluqçular arasında səyyar məhkəmələrin keçirilməsi çox əhəmiyyətli tədbirdir. Səyyar məhkəmələr vaxtaşırı keçirilir, lakin onların kəmiyyət və keyfiyyətinin daha da artırılmasına ehtiyac var".
Trend xəbər verir ki, bunu Azərbaycan Baş prokurorunun müavini, Azərbaycanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev "Azərbaycan Ordusu” qəzetinə müsahibəsində bildirib.