Cümə axşamı günü, 25 iyun 2026
     

"Əl-Cəzirə" telekanalı Xocalı qətliamı zamanı əsir düşən müsiqiçidən müsahibə götürüb

Image


1992-ci ildə baş vermiş Xocalı qətliamı zamanı əsir düşən musiqiçi Valeh Hüseynov o gün əsir alınmasının, bir daha gitara çala bilməməsi üçün ona verilən işgəncələrin və əsirlikdən necə xilas olmasının təfərrüatlarını Qətərin "Əl-Cəzirə” kanalına danışıb.

Avropa Azərbaycan Cəmiyyətindən Trend-ə verilən məlumata görə, Cəmiyyət Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən "Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropanın 12 şəhərində tədbirlər təşkil edir. Xocalı qətliamı qurbanlarının xatirəsini yad etmək üçün təşkil olunan tədbirlərdən biri də fevralın 23-də İstanbulda "Sonsuz dəhliz” filminin nümayişi olub.

Filmdə 1992-ci il fevralın 26-da baş verən Xocalı faciəsi şahidlərinin həyatından bəzi anlar göstərilir. Bu şahidlərdən biri də Valeh Hüseynovdur. O, həmin gün olanları, həyat yoldaşını xilas etməyə çalışarkən necə əsir alındığını, ermənilərin bu əsirin musiqiçi olduğunu bilib ona verdikləri işgəncələri və necə xilas olduğunu "Əl-Cəzirə”kanalına danışıb.

"Mingəçevir şəhərində yaşayırdım, musiqi ilə məşğul olurdum. Eşitdim ki, Xocalıda atışmalar başlayıb. Doğulub böyüdüyüm şəhəri qorumaq üçün Xocalıya qayıtdım. Onda 23 yaşım var idi. Gündüzlər bankda işləyirdim, gecələr isə səngərdə keşik çəkirdim. Fürsət düşəndə də gitara çalmağa davam edirdim. Sonra isə Səadətlə evləndim”, - deyə Valeh Hüseynov bildirib.

Valeh doğma yurdunu və ailəsini qorumaq üçün getdiyi Xocalıda evlənəndən 5 ay sonra erməni milisləri şəhərə daxil olublar. V.Hüseynov deyir ki, həmin gecə səngərdə deyil, evdə həyat yoldaşı ilə birlikdə imiş: "Silahımız çox az idi, demək olar ki, yox dərəcəsində idi. Ermənilər isə şəhərə tanklarla girmişdilər. Ona görə də şəhəri tərk etmək qərarına gəldik. Ermənilər hər tərəfdən tanklarla hücuma keçdilər. Camaat meşəyə doğru qaçdı. Biz bütün qadınları, uşaqları və yaşlıları Qarqar çayına tərəf apardıq. Hamını ora yığandan sonra birlikdə çayı keçdik. Dağlarla və meşəliklə 10 km yol getdik. Yerdə qar var idi, yollar donub buz bağlamışdı, hava çox soyuq idi. İnsanların çoxu soyuqdan donub öldü. Yaşlılar yeriyə bilmirdi, yıxılıb yarı yolda qalırdılar. Ağdam şəhərinə 3-4 km məsafə qalmışdı ki, meşə yolu qurtardı. Dağlıq və düzənlik yollar qalmışdı. Bu zaman ermənilər hər tərəfdən atəş açmağa başladılar. İnsanları o düzənlikdə güllələdilər. Həyat yoldaşımın cəsədini çıxara bilmək üçün iki saat gülləbaran altında gözlədim”.

V.Hüseynov dərindən ah çəkərək o gecə yaşadığı dəhşəti anlatmaqda davam edir. Gücü tükənənlərin və yardım etdiyi insanların hamısını bir-bir xatırlayır. Valeh deyir ki, əli silah tutan kişilər düzənlikdə Ağdama gedib çatmağın mümkün olmadığını görüncə özlərini digər insanlara sipər etdilər və ermənilərlə atışmağa başladılar, bunun sayəsində də çoxlu qadın və uşaq qaçıb xilas ola bildi.

Ancaq o qarmaqarışıqlıq və qaçhaqaçda Valehin həyat yoldaşı geridə qalıb: "Mən həyat yoldaşıma dedim ki, sən camaatla birlikdə get, mən atışmada iştirak edirəm ki, ermənilərin başını qataq, hamı rahat gedə bilsin, Ağdamda görüşərik. Atışma sona çatdı, yaralanıb-eləmədən xilas oldum, bir neçə yoldaşımla birlikdə gedib Ağdama çatdıq. Gördüm ki, həyat yoldaşım orada deyil. Ondan harada ayrılmışamsa, elə orada da qalıb. Ağdama gedib çatanlar mənə belə dedilər: "Həyat yoldaşın gələ bilmədi, güllə səslərindən qorxdu, orada qaldı”.

Mən həmin yolla geri qayıtdım və həyat yoldaşımı tapdım. Onun yanında başqa qadınlar və uşaqlar da var idi. Sürünə-sürünə Ağdama tərəf getməyə başladıq. Şəhərə çatmağa 500-600 metr qalmışdı ki, ermənilərin bizə pusqu qurduğunu öyrəndik. Bizə dörd bir tərəfdən atəş açdılar. Həyat yoldaşım qarnından güllə yarası aldı və elə oradaca şəhid oldu. Həyat yoldaşımın cəsədini götürə bilmək üçün orada qaldım, təxminən iki saat gülləbaran altında gözlədim. Atışma dayandı və ermənilər hər tərəfdən bizə yaxınlaşmağa başladılar. Gülləm qurtarmışdı. Ermənilərdən bir cavan oğlan bizim yanımıza yaxınlaşdı. Belimdəki bıçağı çıxarıb onun üstünə cumdum. O qaçdı, hirsimdən onun ardınca getdim. Mən onun ardınca gedərkən başqa bir erməni silahın süngüsü ilə başıma zərbə endirdi, huşumu itirdim. Gözümü açdığım zaman yerdə idim, məni döyürdülər. Sonra bütün əsirləri götürüb apardılar”.


"Əllərimin içi orada qaldı”

Hüseynov həyat yoldaşının cəsədini çıxarmağa nail olmadan erməni milislərinin əsiri kimi yaxınlıqdaki bir milis şöbəsinə aparılıb. Orada onunla birlikdə 11 nəfər də var imiş. Onların demək olar ki, hamısı qadınlar və uşaqlar olub.

Valeh 27 gün əsirlikdə qalıb. Valehə verilən ən böyük işgəncə o idi ki, bir daha gitara çala bilməməsi üçün onun əllərini yandırmışdılar.

V.Hüseynov həmin əzablı günlərini belə xatırlayır: "Məni zindanda hər gün döyürdülər. Gündə 4-5 dəfə 15-20 erməni əsgəri gəlib məni döyürdü. Haradan öyrəndiklərini bilmirəm, amma bir gün bildim ki, gitara çaldığımı öyrəniblər. Orada qaz sobası vardı, məni ona doğru itələdilər. İki əlimlə qaz sobasına toxununca soba yerə aşdı. Yıxıldım, əllərim yerə dəydi, onlar əllərimin üstünə çıxdı, ayaqları ilə sıxıb barmaqlarımı sındırdılar, sonra da dırnaqlarımı dartıb çıxartdılar.

Daha sonra qaz sobasını göstərib "bunu düzəlt” dedilər. Soba yanırdı, qıpqırmızı idi. Yerdən bir əski parçası tapıb qaz sobasını düzəltdim, əllərim bir azda yandı. Gördülər ki, əllərim yetərincə yanmayıb, əllərimdən yapışıb sobaya basdılar. Huşumu itirdim. Gözləri açdığım zaman əllərim dəhşətli dərəcədə göynəyib ağrıyırdı. Başım, gözüm qan içində idi. Qabırğalarımı və dişlərimi də sındırmışdılar”.

V.Hüseynov özünə gələndən sonra bütün bədəninin titrədiyini, əllərinin isə yandığını hiss edib. O danışır ki, həmin anlarda əllərini söykəmək, dəhşətli ağrını azaltmaq üçün soyuq bir yer axtarıb: "Saxlandığım hücrənin içindən su boruları keçirdi, borular donmuşdu. Hər iki əlimlə borulardan yapışdım, soyuq çox yaxşı təsir elədi. O şəkildə də yuxuya getmişəm. Bir də onda ayıldım ki, əllərim boruya yapışıb, qopara bilmirəm. Ermənilər gəlib bunu görəndə məni ayaqlarımdan tutub dartdılar. Elə dartdılar ki, əllərimin içi qopub orada qaldı...”


Bir gecəlik azadlıq

Bir neçə gün davam edən amansız işgəncələrdən sonra ermənilər V.Hüseynovun uzun zaman ayılmadığını görüb, öldüyünü düşünüblər. Sonra da onu bir dağdan aşağıya atıblar. Valeh deyir ki, dağdan aşağı atıldığını yaxşı xatırlayır, amma həmin an gözlərini açmağa taqəti olmayıb.

Yerə düşdüyü zaman xilas olduğunu hesab edən V.Hüseynov deyir ki, ayağa qalxmağa çalışıb. Amma ermənilər onun sağ olduğunun fərqinə vardığı üçün bu "azadlığı” qısa sürüb: "Dağdan aşağıya yuvarlanandan bir az sonra hiss etdim ki, çox da dərin olmayan bir suyun içindəyəm. Sudan çıxa bilmədim, hətta gözümü də aça bilmədim. Səhər açılanda sudan çıxmaq üçün çabaladım. Bu zaman sən demə, erməni əsgərləri yenə dağın başına gəliblərmiş. Onlar qalxmağa çalışdığımı görən kimi məni yenə də tutub hücrəyə apardılar”.

Valeh ikinci əsirliyi ilə birgə 27 gün davam edən əsarətdən sonra azərbaycanlı milislər tərəfindən əsir alınan üç erməni qadının qarşılığında azad edilib. V.Hüseynov deyir ki, o, əsirlikdə olarkən atası 18 yaşlı həyat yoldaşı Səadətin cəsədini götürərək Ağdamda dəfn edibmiş.


"Əllərim dörd il açılmadı”

Əsirlikdən azad olunandan sonra Gəncədə xəstəxanaya yerləşdirilən Valeh Hüseynov 4 il orada müalicə olunub. Valeh sağalmaq üçün çabaladığı o günlərdən danışarkən əllərini dua edirmişcəsinə qaldırıb göstərir: "Əllərim dörd il beləcə qaldı. Barmaqlarımı aça bilmirdim. Gitaranı əlimə götürə bilmirdim...”

Nəhayət, həkimlər Valehin barmaqlarını yenidən sındırıb sonra düzəldiblər. Amma ondan sonra da pulu olmadığı üçün gitara ala bilməyib.

V.Hüseynov həmin ağrılı-acılı günlərini belə xatırlayır: "Gitara çalmaq, onu əlimə ala bilmək istəyirdim, amma sağalandan sonra da gitara tapa bilmədim. Televizorda gitara görəndə ağlayırdım. Sonra bir tanışımın köhnə gitarasını aldım. Toylarda çalmağa başladım. Çörək pulumu bu yolla qazanırdım. O vaxtlar Azərbaycanda demək olar ki, dövlət yox idi. Heç kim sabah başına nə gələcəyini bilmirdi. Bugünkü kimi olsaydı, dövlət yardım göstərərdi. Amma o zaman vəziyyət başqa cür idi”.


"Gedib orada yaşamaq istəyirəm”

Valeh Hüseynov ailəsinin sayəsində bütün çətinliklərin öhdəsindən gəldiyini deyir: "Anam, atam, qardaşlarım xoşbəxt olsunlar deyə güclü olmağa qərar verdim, dözüb dayandım. İnsan mənən güclü olunca ağrıların, acıların bir əhəmiyyəti qalmır”.

1996-cı ildə yenidən ailə həyatı quran V.Hüseynovun üç qızı olub. Valeh indi hər şeyin yaxşı olduğunu, sadəcə bir arzularının qaldığını söyləyir: "Torpaqlarımızı tezliklə geri alacağımıza ümid edirik. Gedib orada yaşamaq istəyirik. Ermənilər bir gün torpaqlarımızı geri qaytaracaq”.


Xocalı qətliamı

Dağlıq Qarabağ Muxtar Vilayətinin Ali Soveti azərbaycanlıların etiraz etdiyi referenduma baxmayaraq, 1992-ci il yanvarın 6-da vilayətin müstəqilliyini elan etdi, sonra da onun Ermənistanın hakimiyyəti altına keçməsi tələbini irəli sürdü. Buna etiraz edən azərbaycanlılarla erməni milislər arasında uzun illər davam edən qarşıdurmalar daha da gərginləşdi. Erməni milislər Sovet İttifaqı dağılan zaman bölgədən geri çəkilən rus əsgərlərinin qoyub getdiyi tanklardan istifadə edirdi. Azərbaycan milisləri isə müstəqilliyin ardınca ölkədə yaranan qarışıqlıqda Bakıdan gözlədikləri yardım və dəstəyi ala bilmirdilər.

Azərbaycanlılar yaşayan Xocalı şəhərini və yaxınlıqdakı Ağdamı mühasirəyə alan erməni milislər bölgədəki yeganə aeroporta gedən yolda həlledici əhəmiyyətə malik Xocalını ələ keçirmək üçün 25 fevral gecəsi şəhərə girdi. Qarşıdurmadan əvvəl 10 min nəfərin yaşadığı bu şəhərdə əhalinin sayı 3 min nəfərə enmişdi. Şəhərdən qaçmağa çalışan azərbaycanlıların yeganə çıxış yolu Ağdama getmək idi.

Xocalı qətliamında 613 nəfər həlak olub. Onların 83-ü uşaq, 106-sı qadın idi. 487 nəfər ağır yaralanıb, 1275 nəfər girov götürülüb.

Mənbə: "əl-Cəzirə” / http://www.aljazeera.com.tr/al-jazeera-ozel/ellerimin-ici-o-hucrede-kaldi



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Əliyev bütün dövlətin strategiyasını açdı - “...balansı mütləq dəyişdirməliyik”...

Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı...

Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

SON XƏBƏRLƏR

25.06.2026 / 22:48
İsrail prezidentinin helikopteri qəza enişi etdi

25.06.2026 / 22:33
"Bu məsələ Kamal bəylə mənim yox, əməkçi teyzə ilə Ərdoğanın məsələsidir"...

25.06.2026 / 21:30
Kreml G-7 zirvəsindən sonra Trampın Ukrayna siyasətinin dəyişdiyinə hələ inanmaq istəmir...

25.06.2026 / 21:06
Ermənistan konstitusiyasının dəyişdirilməsi problemlə üzləşdi - Paşinyan yeni üsula əl atır...

25.06.2026 / 20:33
Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

25.06.2026 / 20:05
ABŞ konqresmeni erməniləri Qarabağa qaytarmaq istəyir - Friman 1000-ə kimi saydı...

25.06.2026 / 19:43
Hikmət Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə görüşdü

25.06.2026 / 19:28
Əliyev AP və AŞPA-nı islam düşmənçiliyində suçladı...

25.06.2026 / 19:04
Vüqar Rəhimzadə: AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib

25.06.2026 / 18:46
Ukraynanın Moskvanı birbaşa ABŞ-ın kəşfiyyat dəstəyilə vurduğu ortaya çıxdı…

25.06.2026 / 18:35
Hərbçilərimiz Konyada “Anadolu Qartalı - 2026” beynəlxalq təlimində iştirak edir - FOTO/VİDEO

25.06.2026 / 18:22
Yavər Hüseynova vəzifə verildi

25.06.2026 / 18:10
“Azərbaycanın arxeoloji irsi” kitabı İtaliyada…

25.06.2026 / 18:05
Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə - Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından seçmələr

25.06.2026 / 18:01
Fransa Rusiyanın “kölgə donanması”na aid daha bir tankeri ələ keçirdi…

25.06.2026 / 17:50
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 160-ə leçdi...

25.06.2026 / 17:38
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

25.06.2026 / 17:17
Qazaxıstan, Azərbaycan və Gürcüstan “Orta Dəhliz”lə bağlı vahid tarif modeli hazırlayır…

25.06.2026 / 16:34
Reyqan "Ulduz müharibələri" ilə SSRİ-ni yıxdı - Trampın "Qızıl Günbəz"i kimə qarşıdır?..

25.06.2026 / 16:26
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olundu

25.06.2026 / 16:23
Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif olundu

25.06.2026 / 16:22
Müdafiə Nazirliyinin 5 hərbi qulluqçusuna “general-mayor” rütbəsi verildi

25.06.2026 / 16:19
İran Hörmüzdən pulsuz keçidin qəti əleyhinədir - ABŞ-la yenidən sərt ritorika başlayır...

25.06.2026 / 16:14
“İntellektual gömrük” informasiya sistemi yaradıldı

25.06.2026 / 16:10
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib - FOTO

25.06.2026 / 16:04
Ceyhun Bayramov Ukraynanın Bərpası Konfransında iştirak edib

25.06.2026 / 15:50
Putinin 20 sentyabra təyin etdiyi seçkinin vaxtı dəyişdirilə bilər - Medvedyevin spikerlik iddiaları...

25.06.2026 / 15:49
Bəzi publik hüquqi şəxslər büdcə təşkilatına çevrildi

25.06.2026 / 15:46
Xamneyi ABŞ-İran sazişində 8-ci bəndin əleyhinədir - "Nüvə ləğv oluna bilməz"...

25.06.2026 / 15:26
Qərbi Azərbaycana qayıdış mövzusu Bakı-İrəvan sülh prosesinə daxil edilə bilər...

25.06.2026 / 15:25
İslamofobiya fəlakəti bəşəriyyətin “qapısını döyür”...

25.06.2026 / 15:24
Avropa Orta Dəhliz məsələsini siyasiləşdirməyə başlayır - Azərbaycansız mümkün deyil...

25.06.2026 / 15:20
“Ermənistan və Moldova oyuncaqdır, Ukrayna yolu gedirlər” - Medvedev 4 ölkəni təhqir etdi...

25.06.2026 / 15:14
Hüseyn Quliyev səfir vəzifəsindən geri çağırıldı

25.06.2026 / 15:00
Qalibaf Bakıda Trampa qarşı sərt bəyanatlar verdi...

25.06.2026 / 14:47
Ermənistan hakimiyyətinə qarşı 102-ci Rusiya bazası hərəkətə gətirilir - İrəvan panikada...

25.06.2026 / 14:22
Prezident "Maliyyə icarəsi haqqında" qanunu təsdiqlədi

25.06.2026 / 14:17
Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər

25.06.2026 / 14:09
İslam dünyasının birliyi və ortaq inkişafı naminə Bakı platforması - Millət vəkili yazır

25.06.2026 / 13:42
Trampa partiyadaşlarından ağır zərbə - İranla müharibəyə girməyi qadağan etdilər...

25.06.2026 / 13:36
Su polisi dəniz sahilində narkotiklərə qarşı əməliyyat keçirdi

25.06.2026 / 13:25
Daşınmaz əmlak satıldıqdan sonra hansı hallarda geri qaytarıla bilər?

25.06.2026 / 13:12
DÇ-2026 - çempionatlar tarixinə düşən yeni REKORDLAR...

25.06.2026 / 12:46
Yol polisinin qanuni tələbinə tabe olmaq istəməyən Şamaxı sakini qandallandı

25.06.2026 / 12:17
Əli Əsədov Həştərxan vilayətinin vitse-qubernatoru ilə görüşüb

25.06.2026 / 11:58
Rumıniya Moldova ilə birləşmək üçün hərəkətə keçdi – Senatda müzakirələr başlayır...

25.06.2026 / 11:26
Prezident İlham Əliyev Sloveniya dövlət başçısını təbrik etdi

25.06.2026 / 11:20
AŞPA Gürcüstanda demokratiyanın kritik səviyyəsi barədə qətnamə qəbul etdi...

25.06.2026 / 11:10
İƏTPİ-nin 20-ci sessiyası çərçivəsində Bakı Bəyannaməsi qəbul olundu

25.06.2026 / 11:06
15 yaşadək futbolçular arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək - qərar verildi...

25.06.2026 / 10:58
" Ərfoğandan xahiş etdim ki, İranın tərəfində müharibəyə girməsin" - Tramp inanılmaz şeylər danışdı...

25.06.2026 / 10:42
Zelenskinin təhdidləri işə yaradı – Belarus rele stansiyalarını dayandırır...

25.06.2026 / 10:30
Masallıda çay kənarında çətənə yetişdirən şəxs yaxalandı...

25.06.2026 / 10:14
Venesuelada ard-arda iki güclü zəlzələ - ölənlərin sayı artır…

25.06.2026 / 10:10
Mərdəkanda üç gün əvvəl dənizdə batan dördüncü gəncin də meyiti tapıldı

25.06.2026 / 10:04
Azərbaycan nefti 76 dollara düşdü...

25.06.2026 / 09:55
Vaşinqtonda azərbaycanlıların etnik təmizləməyə məruz qalmasına dair beynəlxalq konfrans keçirildi

25.06.2026 / 09:36
Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilir

25.06.2026 / 09:23
ABŞ İrana ərzaq satacaq, pulunu da dondurulmuş hesablardan çıxacaq - Tramp İran vəsaitlərindən bəhrələnməyin yolunu tapdı...

25.06.2026 / 09:15
Leyla Əliyeva “Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günündə iştirak edib - FOTO

25.06.2026 / 09:08
Mərkəzi Bank kredit götürmək qaydalarını dəyişir...

25.06.2026 / 08:32
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərəyə növbəti köç karvanları yola salındı

25.06.2026 / 07:22
Ukrayna müharibəsi Belarusa sıçraya bilər - Səbəb “reduktorlar”(?)…

24.06.2026 / 23:16
ABŞ İranla anlaşdı, təzminatı isə Körfəz ölkələrinin üzərinə qoyuldu - Qətər: “300 milyardı biz ödəyə bilərik”

24.06.2026 / 23:03
Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı ABŞ Konqresinə müraciət edildi...

24.06.2026 / 22:57
Büdcəmizin debitor borcu 7 milyardı aşır - Palatının göstərdiyi səbəb əslində “həyəcan təbilidir”...

24.06.2026 / 22:15
Ukrayna dronlarnın Rusiyanı üstələməsinin səbəbi bilindi - Çin ikibaşlı oynayır...

24.06.2026 / 21:56
Çexiyanın prezidenti ilə baş naziri NATO zirvəsinə getmək üstündə bir-birini qırır...

24.06.2026 / 21:43
Əfsanələrə ilham verən qədim şəhər Troya - FOTO

24.06.2026 / 21:07
“Dahilərin görüşü” -Nizami və Əcəmi kompozisiyanın izahı...

24.06.2026 / 20:59
CHP mərkəzi ofisi Kılıçdaroğlu tərəfdarlarının üzünə bağlandı - gənclər barrikada qurdu…

24.06.2026 / 20:57
Dəfn pulu niyə fərqli məbləğlərdə verilir? - Kiminə 3 misli qədər, kiminə 600...

24.06.2026 / 20:43
Rusiya KTMT mövzusunda hədələdikcə Paşinyan daha çox məmnun olur... paradoks?

24.06.2026 / 20:31
Qəbul imtahanının nəticəsi açıqlandı

24.06.2026 / 20:27
Putin Britaniyanın daxili siyasətini "idarə edir" - Starmerin istefasının gizli məqamları...

24.06.2026 / 20:25
İlham Əliyev hara baxır?!...

24.06.2026 / 20:18
Avropa Birliyi Özbəkistanı "ştrafnoy" ölkəyə çevirmək istəyir - Afrikanın Ruanda dövləti kimi...

24.06.2026 / 20:14
Trampın adamı BMT TŞ-də Rusiyanı hədələdi - Ukraynada vaxt sizə işləmir...

24.06.2026 / 20:12
Türklərin yaşadığı 2 kənd başqa dövlətə verildi...

24.06.2026 / 20:09
Oman Hörmüz boğazında pulsuz dəhliz açdı...

24.06.2026 / 19:53
BTQ Qərbi Azərbaycanda aparılan etnik təmizləmə ilə bağlı Vaşinqtonda çağırış etdi - "...cavab versinlər"...

Dövlət qulluğu statusu-dövlətçilikdə Azərbaycan brendi...

XƏBƏR ARXİVİ