"Dağlıq Qarabağın Azərbaycanlı İcması daim konstruktiv mövqe sərgiləyir və daim dialoqa açıq olduğunu bildirir”. APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının sədri Bayram Səfərov Ceyms Uorlikin Ermənistanda mətbuata verdiyi müsahibəsində qarşılıqlı inamın bərpası üçün tərəflər arasında görüşlərin keçirilməsinin çox vacib olması barədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
"Biz dəfələrlə bildirmişik ki, Azərbaycanın Dağlıq Qarabağ regionunun erməni və azərbaycanlı icmaları arasında dialoq vacibdir və bu qarşılıqlı inamın bərpa olunması və sülh sazişinin əldə olunmasından sonra əhəmiyyətli rol oynaya bilər. Lakin Ermənistan tərəfi bu məsələdə də konstruktiv mövqe sərgiləmir. Biz dəfələrlə bu cür görüşlərin təşkil olunmasına çağırsaq da, qarşı tərəf buna imkan vermir və hər vəchlə maneə olur. Dialoq və etimadın qurulmasında həmsədrlərin də rolu çox vacib və önəmlidir”, - deyə B. Səfərov vurğulayıb.
İcma sədri qeyd edib ki, həmsədrlər də bu məsələdə ciddi səy göstərməli və ciddi təkliflər irəli sürməlidirlər: "Biz bütün görüşlərimizdə həmsədrlərə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının mövqeyini açıq şəkildə bildiririk və inanırıq ki, dialoq və etimad quruculuğunun vacibliyindən danışarkən bizim bu barədə ciddi səy və təkliflərimizi nəzərə alacaqlar.