ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andryö (Fransa) və İqor Popov (Rusiya) Dağlıq Qarabağ münaqişəsinin tərəflərini atəşkəs rejiminə riayət etməyə çağırıblar. Bu barədə Trend ATƏT-in saytına istinadən məlumat verir.
Minsk qrupunun həmsədrləri, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik fevralın 16-19-da səfərdə olub.
Məlumatda deyilir: "Həmsədrlərlə görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiq olduqlarını təsdiq ediblər. Dövlət başçıları, həmçinin həmsədrlərin atəşkəs rejiminə riayət edilməsi üzrə tədbirləri gücləndirmək təklifi ilə razılaşıblar".