Bazar günü günü, 08 noyabr 2026
     

Mətbuat Şurası əməkdar jurnalist Yusif Kərimovun "İşğal vadisi" tarixi romanının təqdimatını keçirdi

Image


Dünən Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə yazıçı-publisist, respublikanın əməkdar jurnalisti Yusif Kərimovun "İşğal vadisi" tarixi romanının təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açaraq bildirib ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin təsdiqlədiyi "Xocalı soyqırımının iyirmi üçüncü ildönümünün keçirilməsinə dair tədbirlər Planı"na əsasən ölkəmizin müxtəlif bölgələrində silsilə toplantılar reallaşdırılmaqdadır. "Xocalı soyqırımı tarix boyu üzləşdiyimiz faciələrdən biridir. Bu faciələr, eyni zamanda, üzləşdiyimiz işğal faktları tariximizin tərkib hissəsidir. Yaşantılarımızın bütün təfərrüatları ilə cəmiyyətə çatdırılması isə qarşımızda duran mühüm vəzifələrdəndir. Buna görə də Mətbuat Şurası "İşğal vadisi" romanının təqdimatını məhz Xocalı faciəsinin ildönümü ilə bağlı tədbirlər planı çərçivəsində gerçəkləşdirir", - deyə o vurğulayıb. Ə.Amaşov, həmçinin, "İşğal vadisi" romanını tariximizə maraq yaradan bədii-publisistik yaradıcılıq nümunəsi olaraq dəyərləndirib.
MŞ-nin Ahıl Жurnalistlər Məclisinin üzvü Məzahir Süleymanzadə çıxışında geniş bədii diapazona malik Yusif Kərimov yaradıcılığındakı xarakterik cizgilərin təsvirini verib, müəllifi ustad jurnalist kimi dəyərləndirib. O bildirib ki, təqdimatı keçirilən nəşri oxuyarkən Y.Kərimovun öz obrazını da görmək mümkündür. "Tarixi prosesləri canlandırdıqda dəqiqlik mühüm şərtdir. Hesab edirəm ki, müəllif bunu bacarıb. Kitabın bölmələrinin hər biri də, zənnimcə, ayrılıqda bir əsərdir", - deyən M.Süleymanzadə "İşğal vadisi"ndə yer adlarının və digər etnoqrafik çalarların təhlilinin əksini tapmasını yüksək qiymətləndirib, romanı gələcək nəslin mənəvi tərbiyəsi baxımından xarakterizə edib.
MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu bildirib ki, Y.Kərimov özünü ədəbi-bədii mühitdə təsdiqləmiş qələm sahibidir. Ancaq onun yaradıcılığında jurnalistlik fəaliyyəti xüsusi halqanı təşkil edib. "Ola bilər, Yusif müəllim birbaşa bədii yaradıcılığa köklənsəydi, biz bu gün onu məhz bədii-tarixi janrlı əsərlərin müəllifi kimi daha yaxından tanıyardıq. Bu mənada Azərbaycan jurnalistikası daha çox qazanıb", - deyən U.Rəhimoğlu Y.Kərimovun MŞ-nin Ahıl Жurnalistlər Məclisinin rəhbəri kimi səmərəli ictimai fəaliyyətindən də söz açıb.
MŞ İdarə Heyətinin üzvü, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas "İşğal vadisi" tarixi romanını xalqımızın qan yaddaşının cilalanması nöqteyi-nəzərindən mükəmməl yaradıcılıq nümunəsi olaraq dəyərləndirib. Filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasir təqdimatı keçirilən nəşri işğal tariximizi bədii yaradıcılıqla çulğalaşdıran əsər kimi xarakterizə edib.
O bildirib ki, kitabda müəllif ziyalı və vətəndaş mövqeyini ortaya qoymaqla əsərini, bir növ, gələcək üçün kompasa çevirib.
"Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin çıxışında diqqət çəkdiyi məqam Azərbaycanın parçalanmasının poeziyamızda geniş əksini tapması olub. Baş redaktor eyni genişliyin nəsr nümunələri üçün səciyyəvi olmadığını vurğulayıb. O bu baxımdan "İşğal vadisi"nin motivinin müstəsna mərama xidmət etdiyini vurğulayıb.
MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli nəşrin dil və üslub xüsusiyyətlərindən danışaraq bildirib ki, müəllifin romanında yaratdığı tarixin öyrənilməsi eyni zamanda mənəvi anlamda da vacibdir. Çünki orada təkcə faciələrimiz deyil, onların fonunda qürur duya biləcəyimiz epizodlar var.
"Assa irada" İnformasiya Agentliyinin baş direktoru Fazil Abbas çıxışında "İşğal vadisi"nin tarixi roman mahiyyəti ilə yanaşı, elmi məxəz kimi müstəsna rol oynadığını qabardıb. Vetaran jurnalist Şakir Yaqubov bildirib ki, Y.Kərimovun yaradıcılığı üçün xaraterik cəhətlərdən biri də onun mövzulara cəsarətli yanaşma tərzidir.
"Xalq qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğlu Arazbasar bədii obrazının yaradılmasını roman üçün səciyyəvi xüsusiyyət kimi önə çəkib. O həmçinin bildirib ki, əsərin mövzusu geniş həcmli tarixi-bədii serialın çəkilməsinə imkan verir və bu məsələyə həssas yanaşılmasına ehtiyac var.
Çıxış edənlərdən "Addım" qəzetinin baş redaktoru Anar Vəziroğlu, tanınmış veteran jurnalist Şəddat Cəfərov və başqaları "İşğal vadisi"nin motivini təşkil edən proseslərin ümumən Azərbaycan tarixinin önəmli mərhələsi olduğunu əsaslandırıblar.
Sonda çıxış edən Yusif Kərimov toplantı iştirakçılarına təşəkkürünü bildirib. O, həmçinin, müəllifi olduğu əsərdəki bir sıra spesifik məqamlara aydınlıq gətirib.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ