Martın 11-də Pakistan prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfər edəcəyi gözlənilir. Bunu APA-ya açıqlamasında Azərbaycanın Pakistan İslam Respublikasındakı səfiri Daşqın Şikarov bildirib.
Onun sözlərinə görə, hazırda M.Hüseynin rəhbərliyi altında Pakistan nümayəndə heyətinin Azərbaycana səfərinin təşkili və imzalanması gözlənilən sənədlərlə bağlı hazırlıq işləri gedir: "Pakistan prezidentinin səfəri çərçivəsində bir sıra mühüm sazişlərin imzalanması nəzərdə tutulub”.