Bazar günü günü, 08 noyabr 2026
     

Viktoriya Nuland Bakıda "ABŞ-ın, Azərbaycanın və Avropanın birgə layihəsi" bəyanatını verdi

Image


"Azərbaycan Prezidenti İlham Əliyev mənimlə görüşdə korrupsiya ilə mübarizəyə çox sadiq olduğunu qeyd etdi. Biz nəinki burda, Avropada, Balkan ölkələrində, dünyanın hər yerində korrupsiya ilə mübarizə məsələsinə diqqət yetiririk. Biz bu gün razılığa gəldik ki, daha güclü, demokratik, şəffaf Azərbaycan naminə ölkə bu yolda tutduğu mövqeni inkişaf etdirəcək, biz də bütün vətəndaşların faydalanıb bəhrələnməsi naminə bu sahədə əməkdaşlığı davam etdirəcəyik".
APA-nın xəbərinə görə, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland deyib. O bildirib ki, Azərbaycanda keçirdiyi görüşlərdə demokratiya, insan haqları sahəsində vəziyyət də müzakirə olunub. V.Nuland qeyd edib ki, hökumətlə vətəndaşlar arasında sıx güclü təmasların olması gələcək baxımından çox vacibdir: "ABŞ Azərbaycanın firavan gələcəyi naminə hökumətlə vətəndaş cəmiyyəti arasında bu təşəbbüs və dialoqları 20 ildən artıqdır dəstəkləyir. Bundan başqa, biz münasibətlərdə narahatlıq yaradan məsələlərə də toxunduq. Razılığa gəldik ki, ABŞ-la Azərbaycan arasında vətəndaş cəmiyyəti və hökumət arasında dialoq qurmaqla azad media və demokratiya sahəsində işimizi daha da gücləndirək". Xalqlar və vətəndaşlar arasında münasibətlərə gəlincə, V.Nuland vurğulayıb ki, tələbə mübadiləsi istiqamətində də söhbətlər aparılıb. Onun sözlərinə görə, Fullbright, İREX, FOREX proqramları çərçivəsində bizim gənclərin ABŞ-da, gənc amerikalıların isə bura gələrək mədəniyyət və digər sahələr barədə məlumatlandırılması istiqamətində danışıqlar olub: "Əlaqələrimizun son sütunu da ümumi əlaqələrimizin ümumi bir komponentidir". V.Nuland qeyd edib ki, strukturlu dialoq olması zamanın tələbidir: "Məhz bu baxımdan mən çox məmnunam ki, vətəndaş cəmiyyəti və demokratiya sahəsində dialoqun qurulmasına razılıq verildi. İnanıram ki, bu dialoq imkan verəcək bəzi məsələlərə aydınlıq gətirilsin, öz həllini tapsın. Bir daha yaradılan imkanı və verilən razılığı yüksək qiymətləndirirəm".
"ABŞ-la Azərbaycan arasında enerji sahəsində işlər əla vəziyyətdədir". ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland belə deyib deyib. V.Nuland bildirib ki, yeni layihələrin həyata keçirilməsinə çalışılır. O, iki ölkə arasında həyata keçirilən ilk layihənin Bakı-Tiflis-Ceyhan neft kəməri layihəsi olduğunu açıqlayıb: "Hazırda Cənub Qaz Dəhlizi layihəsinin reallaşması üçün birlikdə çalışırıq. Bu layihə tək Azərbaycan deyil, enerjisi bir mənbədən olan ölkələr üçün də əhəmiyyət kəsb edir. Bu, Avropa, Azərbaycan və ABŞ-ın birgə layihəsidir. Biz istəyirik bu layihənin gücləndirilməsi istiqamətində Avropa İttifaqı ilə sıx əlaqə quraq. Eyni zamanda, iqtisadiyyatın diversifikasiyası məsələsini Azərbaycan Prezidenti ilə müzakirə etdik. Prezident bu məsələdə çox maraqlıdır. Həmçinin, informasiya texnologiyaları, nəqliyyat və kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olundu".
"Son on gün ABŞ-Azərbaycan münasibətlərində çox məşğul dövr olub. Dövlət katibinin enerji məsələləri üzrə koordinatoru, ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri bu müddətdə Bakıda olub.
Öz səfərimi də bura əlavə edərək bildirmək istəyirəm ki, Prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla səmimi görüşlər keçirmişəm". ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland Azərbaycana səfərinin yekunları ilə bağlı belə deyib. V.Nuland Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşdüyünü bildirib: "Bütün görüşlərdə eyni mesajı çatdırmışıq ki, ABŞ Azərbaycanla 20 ildən artıq dövrdə qurduğu əməkdaşlığı yüksək dəyərləndirir. Biz Azərbaycanı müstəqil, demokratik ölkə kimi görmək istəyirik. Biz istəyirik ki, ötən iyirmi ildə qurduğumuz əlaqələri davam etdirək.
Mən 1993-cü ildən Bakıya səfərlər etdirəm. Ölkələrimiz arasında üç sahə - təhlükəsizlik, iqtisadiyyat-enerji və demokratiya sahələri üzrə əməkdaşlıq var. Təhlükəsizlik sahəsində, terrorizmə və ekstremizmə qarşı mübarizədə Əfqanıstan və Kosovoda çiyin-çiyinə mübarizə aparmışıq". ABŞ rəsmisi onu da deyib ki, onunla birgə Azərbaycana ölkəsinin Müdafiə Nazirliyinin, ABŞ-ın Avropa Komandanlığının nümayəndələri, Müdafiə Nazirliyinin bölgə üzrə təmsilçiləri də gəlib: "Birgə təlimlər, Azərbaycanda sülhyaratma qüvvələrinin öyrədilməsi, gücləndirilməsi sahəsində müzakirələr aparılır".
"Təmas xəttində son altı ayda baş verən gərginliklərdən narahatıq. Bizim Azərbaycana, eyni zamanda Ermənistana mesajımız odur ki, gərginlik dayandırılsın və bir masa arxasına gəlsinlər". "Minsk Qrupu çərçivəsindəki prosesi dəstəkləməyinizi istəyirik", - deyə Viktoriya Nuland vurğulayıb. O həmçinin bildirib ki, Ermənistan humanitar jest olaraq girovları qaytarmalıdır: "Sabah bunu Ermənistanda da deyəcəyəm". V.Nuland Azərbaycan Prezidenti ilə görüşdə Dağlıq Qarabağ problemi ilə də bağlı müzakirələr apardıqlarını deyib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ