Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) və Oslo Azərbaycan Evi Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar fevralın 26-da Norveç parlamentinin binası qarşısında mitinq təşkil edəcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, aksiyada hər iki təşkilatın üzvləri, Azərbaycan diasporunun fəal nümayəndələri və Azərbaycan icmasına yaxın olan norveçlilərin iştirakı planlaşdırılıb.
Mitinqdə 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində ermənilər tərəfindən soyqırıma məruz qalması, günahsız insanların qətlə yetirilməsi bir daha yerli ictimaiyyətin diqqətinə çatdırılacaq və faciəyə Norveç parlamentinin hüquqi qiymət verməsi tələbi irəli sürüləcək. Aksiyanın keçirilməsi üçün müvafiq qurumlardan icazə alınıb.