Cümə günü, 26 iyun 2026
     

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Image


Məlumdur ki, fikir, söz, vicdan azadlığı insanın yaşamaq haqqı ilə birlikdə fitratdan gətirdiyi müqəddəs dəyərlərdir. Lakin bu dəyərlərin qorunmasının cəmiyyətin həyat tərzinə çevrilməsi əsrlər boyu təzyiqlərlə üzləşib. İnkvizisiya dövründə yadfikirlilərin təqib edilməsi, yalnız «Yer fırlanır» sözünə görə diri-diri yandırılan C.Bruno və milyonlarla ziyalının qətli bugünkü fikir, söz, vicdan azadlığının çox baha başa gəldiyinə şahidlik edir.
Fikir, söz, mətbuat və məlumat azadlığının inkişafına təkan verən mühüm amillərdən biri də 1637-ci ildə İngiltərədə çap işinin geniş vüsət alması olub. Təbii ki, bu, demokratiyanın çox vacib elementlərindən biri kimi azadfikirli insanların qürur mənbəyi idi. Lakin bundan narahat olan kral hakimiyyəti senzuranın tətbiqi barədə fərman verdi. Cəzaya ilk məruz qalan isə ədib U.Prinn oldu. O öz əsərində kraliçaya şər atmaqda günahlandırılaraq, qulaqları kəsildi və ömürlük həbs cəzasına məhkum edildi. Həmin dövrün fikir və söz azadlığının ən fəal müdafiəçisi şair C.Milton yazırdı: «... Mənə hər cür azadlıqdan daha öncə bilmək, danışmaq və öz məsləyimə uyğun sərbəst fikir yürütmək azadlığı verin...»
Beləliklə, dünya düzəninə təsir edən bu və digər misallara, habelə demokratik dəyərləri ilə fərqlənən müasir ölkələrə nəzər salarkən aydın olur ki, cəmiyyətin inkişafında azad sözün, mətbuatın rolu çox önəmlidir, hətta əksər hallarda həlledicidir!
Müstəqil
Azərbaycanda fikir, söz və məlumat azadlığının,
plüralizmin inkişafı
İlk gündən inkişaf və demokratik dövlət quruculuğu yolunu tutan Azərbaycanın bu istiqamətdə atdığı addımlar və onların uğurlu nəticələri göz qabağındadır. Artıq demokratiyanın vacib elementlərindən biri kimi söz, mətbuat azadlığının təmin olunması, azad mətbuatın inkişafı prioritet istiqamətlərdən birinə çevrilib. Lakin 24 illik müstəqilliyimizin ilk illərinə nəzər salsaq həmin dövrdə ölkədə xaos, anarxiya, özbaşınalığın hökm sürdüyünü görərik. Bu vəziyyət, digər sahələr kimi, mətbuata da öz təsirini göstərirdi. Söz, fikir azadlığının «qulağı kəsilir», jurnalistlər fiziki və mənəvi təzyiqlərə məruz qalırdılar. Xəlbirlə su daşımaq qədər çətin olan belə şəraitdə hakimiyyətə gələn mərhum Heydər Əliyev müstəqil mətbuatın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahəyə də diqqətini əsirgəmədi.
1998-ci ildə senzuranı ləğv etməklə azad, müstəqil KİV-lərin inkişafı üçün geniş imkanlar açan ulu öndər, imzaladığı sərəncamlarla informasiya bolluğunun yaradılmasının təməlini qoydu. Ölkədə xeyli sayda müstəqil mətbu orqan və informasiya agentliklərinin, elektron KİV-in, jurnalist qurum və birliklərinin, bu sahəni əhatə edən qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi üçün zəruri imkanlar yaradıldı. Qeyd edək ki, cənab Heydər Əliyev Azərbaycanda milli mətbuatın daha da inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə 2002-ci ildə «Jurnalistlərin dostu» mükafatına layiq görülüb.
«Mətbuat cəmiyyətin güzgüsüdür» çağırışı ulu öndərin ən çox dəyər verdiyi ifadələrdən biri idi. Əsl, peşəkar jurnalistlərdən əsas tələbi də bu idi ki, heç vaxt, heç bir ləkə bu güzgünün təmizliyinə, saflığına xələl gətirməsin. Cənab Heydər Əliyev söz, fikir, mətbuat və məlumat azadlığının, eləcə də plüralizmin inkişafına əngəl olan süni maneələrin aradan qaldırılması üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etdi, vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli seçən Azərbaycanda KİV-lərin rolunun artırılmasını başlıca məqsəd kimi qarşıya qoydu. «Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir» söyləməklə, açıq sözün, həqiqəti əks etdirən informasiyaların tərəfdarı, mətbuat azadlığının qarantı olduğunu bəyan etdi.
Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən azad mətbuatın inkişafına yönələn bu siyasətə sadiq olduğunu atdığı addımları ilə təsdiqlədi. İnsanların şəxsi həyatına müdaxilənin aradan qaldırılması, böhtan xarakterli yazıların qarşısının alınması üçün Konstitusiyada olunan bəzi əlavə və dəyişikliklərdə mətbuatla ictimaiyyətin üzərinə düşən vəzifələr bir daha dəqiqləşdirildi. Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun dərinləşməsi, Azərbaycanın dünya informasiya məkanına daxil olması və informasiya cəmiyyətinə keçid təmin olundu. Bu isə şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə və beynəlxalq standartların tələblərinə uyğunlaşmasına şərait yaratdı. Qeyd edək ki, həyata keçirilən bu kimi tədbirlər insan hüquqlarının qorunması istiqamətində atılan ən düzgün addım kimi ölkə ictimaiyyəti tərəfindən də dəstəkləndi.
Cənab İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Mətbuat Şurasının yaradılması, jurnalistlərin sosial vəziyyəti və mətbu orqanların maddi-texniki bazasının yaxşılaşdırılması, həmçinin digər tədbirlər mətbuatın inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Bunun nəticəsi olaraq ölkəmizdə fikir, söz, mətbuat azadlığı və plüralizm daim inkişaf edir və yüksək səviyyədə qorunur. Dövlət başçısı İlham Əliyevin son on ildə iki dəfə «Jurnalistlərin dostu» mükafatına layiq görülməsi isə ötən dövr ərzində mətbuatın inkişafına göstərilən diqqət və qayğıya media ictimaiyyətinin baxışı və verdiyi dəyərdir.
Məlumdur ki, çağdaş dünya dövlətləri arasında gedən açıq və gizli qarşıdurmalar, iqtisadi-siyasi-hərbi müdaxilələr əsasən beş istiqamətdə aparılır. Bunlar su və quru, hava və kosmos, eləcə də virtual aləm vasitəsilə həyata keçirilir. Bu baxımdan müasir texnologiyaya söykənən sonuncu istiqamətin təsir dairəsini önə çəkən dünyanın aparıcı siyasətçilərinin XXI əsri informasiya mübarizəsi əsri adlandırması tamamilə başadüşülən və qəbulediləndir. Sözsüz ki, netokratiyanın, internetin imkanları bu mübarizəni daha da kəskinləşdirib. Həmin səbəbdən istər respublika, istərsə də beynəlxalq ictimaiyyətin ölkə reallıqları barədə dolğun məlumatlandırılmasında mətbuatın üzərinə böyük məsuliyyət düşür. Yazılı və elektron KİV-lərin ictimai fikrə təsir imkanlarının böyüklüyünü nəzərə alsaq, bu missiyanın obyektivliyə, qərəzsizliyə söykənməsinin böyük zərurət olduğu aydın dərk olunur. Ən əsası, nəzərə alsaq ki, Azərbaycan müharibə şəraitindədir, bu gün mətbuatdan gözləntilərin nədən ibarət olduğu daha qabarıq şəkildə özünü büruzə verir. Həmin səbəbdən, Dağlıq Qarabağ probleminin əsl mahiyyətini, Azərbaycan dövlətinin münaqişənin həlli ilə bağlı mövqeyini, erməni təbliğatının əsassızlığını KİV-lər faktlar əsasında dünya ictimaiyyətinə çatdırmalıdır. Çünki Azərbaycanın uğurlarını qəbul etməyən ermənipərəst dairələr daim ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. İkili standartdan çıxış edən bəzi dairələr tərəfindən Azərbaycanın qeyri-demokratik ölkə kimi təqdim olunması da aparılan bu qərəzli siyasətin tərkib hissələrindəndir. Belə şəraitdə qələm sahiblərimiz, xüsusən mətbuat məkrli yanaşmalara cavab olaraq Azərbaycanın əldə etdiyi uğurları obyektiv və operativ şəkildə ölkə və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıdır.
Əlbəttə, plüralizmin inkişafı kimi, ölkə daxilində müxtəlif baxışlar, müxtəlif siyasi meyllərin mövcudluğu təbiidir. Bu, hərəkətverici qüvvə kimi hər bir normal cəmiyyətdə olmalıdır. Lakin burada dövlət və milli maraqların üstün tutulması (təəssüf ki, biz bunu keçən ilin avqustunda bəzi saytların fəaliyyətində görmədik), jurnalist peşəkarlığı, ən əsası, onun vətənpərvərlik duyğuları çox vacibdir. Söz, mətbuat azadlığı həmçinin söz, mətbuat məsuliyyətini inkar etməməli, «kim nəyi necə istəyir, elə də yazır» praktikasından imtina edilməlidir. Çünki dünyada hüququn, azadlığın sərhədi, balansı var. Bir insanın hüququ digərinin hüququ başlayan yerdə bitir. Burada müxalifətçilik dövlət maraqlarına, xalqın mənafeyinə zidd addımların atılması kimi qəbul olunmamalıdır. Qərbin ikona-şəkil demokratiyasına uyan bəzi saytların cəmiyyətimizdə mövcud olan plüralizmdən istifadə edərək dövlət və cəmiyyətimizi nüfuzdan salmağa çalışması da qətiyyən yolverilməzdir. Çünki belə KİV-lər Qərbdə formalaşan düşüncə və yaşam tərzini cəmiyyətə təqdim etməklə, əslində, özünəməxsus mədəniyyəti olan ölkənin demokratiyanı formalaşdırmasını yox, yad demokratiyanın ölkəni formalaşdırması tezisini müdafiə edirlər.
Halbuki, hər bir xalqın dövlət quruluşu, demokratik durumu onun dini, fəlsəfəsi, incəsənəti ilə, ümumiyyətlə, onun mədəniyyəti ilə birgə vahid bir substansiyanı, vahid ruhu əmələ gətirir. Bu vahiddən onun istənilən tərəfini ayırmaq nə qədər zərərlidirsə, ona anti-milli fikri, sözü calaq etmək də bir o qədər zərərlidir. Təəssüf ki, qərbin cazibəsinə düşən bəzi yazarlar onun demokratiya şablonundan çıxmaq imkanından məhrum olaraq milli kimliyini, adət-ənənəsini unutmaq dərəcəsinə enib, daxili problemlərin ölkə xaricində qərəzli müzakirəsinə can atırlar.
Mətbuatın cəmiyyətin güzgüsü olduğunu nəzərə alsaq, şübhəsiz ki, problemlərlə bağlı öz sözünü deməlidir. Amma yanaşma obyektiv olmalı, heç bir qərəzə söykənməməlidir. Elə ölkəmizdə demokratik təsisatların, o cümlədən fikir, söz, məlumat azadlığının, plüralizmin inkişafı istiqamətində lazım olan bütün tədbirləri həyata keçirən Azərbaycan dövlətinin və cəmiyyətin də istəyi budur.
Mətbuatın əsas vəzifəsi görülən işləri işıqlandırmaq, neqativləri obyektiv qabartmaq, həllini gözləyən məsələlərin çözülməsinə dəstək olmaqdır. Təbii ki, birgə səylər inkişafa, tərəqqiyə böyük yol açır. Bir məqamı da qeyd edək ki, bu gün mətbuat ikinci hakimiyyət kimi dəyərləndirilirsə, bu artıq media ictimaiyyətini üzərinə düşən məsuliyyəti daha dərindən dərk etməyə çağırır.
Artıq bu gün ən qatı opponentlərimizin belə etiraf etdiyi kimi, Azərbaycan inkişaf yolunda inamla irəliləyir. Düşünülmüş və məqsədyönlü siyasət uğurların davamlılığını təmin etməklə, gələcəyə daha böyük inamla yanaşmağa stimul verir. Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişafında xüsusi rolu olan media təmsilçiləri də daxil olmaqla, harada yaşamasından, siyasi əqidəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı uğurlarımızdan qürur duymalı, inkişafa, tərəqqiyə öz töhfəsini verməyə çalışmalıdır. Bu fikri xüsusi qeyd edən dövlət başçısı cənab İlham Əliyev deyib: «Biz hamımız Azərbaycan vətəndaşlarıyıq. Hamımızın bir Vətəni vardır - Azərbaycan. Hamımız vətənpərvərik, Vətənimizi sevirik. Ola bilər ki, ölkəmizin inkişafı ilə bağlı müxtəlif fikirlərimiz olsun. Bu da təbiidir. Ancaq biz əsas amallar ətrafında daim bir yerdə olmalıyıq. Media məsələlərinin, digər məsələlərin həlli ilə bağlı Azərbaycanda heç bir ayrı-seçkilik yoxdur, ola bilməz».
Vaqif CƏLİLOĞLU, Tex.e.üzrə fəlsəfə doktoru
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

Ermənistan hakimiyyətinə qarşı 102-ci Rusiya bazası hərəkətə gətirilir - İrəvan panikada...

Trampa partiyadaşlarından ağır zərbə - İranla müharibəyə girməyi qadağan etdilər...

SON XƏBƏRLƏR

26.06.2026 / 00:38
İranın vurduğu F-15 pilotunun səmada gördüyü sirli texnologiya ABŞ-ı qarışdırdı - "yadplanetli işi"... Pentaqon və ABŞ kəşfiyyatı ŞOKDA...

26.06.2026 / 00:24
Mehriban Əliyeva 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

26.06.2026 / 00:05
Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir

25.06.2026 / 23:22
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı VİDEOÇARX paylaşılıb

25.06.2026 / 23:04
Vüsal Tahirov haqqında deyilənlərdən…

25.06.2026 / 22:57
Netanyahudan ABŞ-a ilginc mesaj - “İran üçün icazə istəmədim, sadəcə planlarımı dedim….”

25.06.2026 / 22:48
İsrail prezidentinin helikopteri qəza enişi etdi

25.06.2026 / 22:33
"Bu məsələ Kamal bəylə mənim yox, əməkçi teyzə ilə Ərdoğanın məsələsidir"...

25.06.2026 / 22:25
‘’BAYATI-ARAZ’’ AZƏRBAYCAN HƏRB ƏDƏBİYYATI TARİXİNDƏ HADİSƏDİR

25.06.2026 / 22:10
Prezidentin sosial şəbəkə səhifələrində 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edilib

25.06.2026 / 21:30
Kreml G-7 zirvəsindən sonra Trampın Ukrayna siyasətinin dəyişdiyinə hələ inanmaq istəmir...

25.06.2026 / 21:06
Ermənistan konstitusiyasının dəyişdirilməsi problemlə üzləşdi - Paşinyan yeni üsula əl atır...

25.06.2026 / 20:35
Prezident İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub

25.06.2026 / 20:33
Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

25.06.2026 / 20:26
Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb - FOTO

25.06.2026 / 20:05
ABŞ konqresmeni erməniləri Qarabağa qaytarmaq istəyir - Friman 1000-ə kimi saydı...

25.06.2026 / 19:43
Hikmət Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə görüşdü

25.06.2026 / 19:28
Əliyev AP və AŞPA-nı islam düşmənçiliyində suçladı...

25.06.2026 / 19:04
Vüqar Rəhimzadə: AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib

25.06.2026 / 18:46
Ukraynanın Moskvanı birbaşa ABŞ-ın kəşfiyyat dəstəyilə vurduğu ortaya çıxdı…

25.06.2026 / 18:35
Hərbçilərimiz Konyada “Anadolu Qartalı - 2026” beynəlxalq təlimində iştirak edir - FOTO/VİDEO

25.06.2026 / 18:22
Yavər Hüseynova vəzifə verildi

25.06.2026 / 18:10
“Azərbaycanın arxeoloji irsi” kitabı İtaliyada…

25.06.2026 / 18:05
Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə - Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından seçmələr

25.06.2026 / 18:01
Fransa Rusiyanın “kölgə donanması”na aid daha bir tankeri ələ keçirdi…

25.06.2026 / 17:50
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 160-ə leçdi...

25.06.2026 / 17:38
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

25.06.2026 / 17:17
Qazaxıstan, Azərbaycan və Gürcüstan “Orta Dəhliz”lə bağlı vahid tarif modeli hazırlayır…

25.06.2026 / 16:34
Reyqan "Ulduz müharibələri" ilə SSRİ-ni yıxdı - Trampın "Qızıl Günbəz"i kimə qarşıdır?..

25.06.2026 / 16:26
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olundu

25.06.2026 / 16:23
Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif olundu

25.06.2026 / 16:22
Müdafiə Nazirliyinin 5 hərbi qulluqçusuna “general-mayor” rütbəsi verildi

25.06.2026 / 16:19
İran Hörmüzdən pulsuz keçidin qəti əleyhinədir - ABŞ-la yenidən sərt ritorika başlayır...

25.06.2026 / 16:14
“İntellektual gömrük” informasiya sistemi yaradıldı

25.06.2026 / 16:10
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib - FOTO

25.06.2026 / 16:04
Ceyhun Bayramov Ukraynanın Bərpası Konfransında iştirak edib

25.06.2026 / 15:50
Putinin 20 sentyabra təyin etdiyi seçkinin vaxtı dəyişdirilə bilər - Medvedyevin spikerlik iddiaları...

25.06.2026 / 15:49
Bəzi publik hüquqi şəxslər büdcə təşkilatına çevrildi

25.06.2026 / 15:46
Xamneyi ABŞ-İran sazişində 8-ci bəndin əleyhinədir - "Nüvə ləğv oluna bilməz"...

25.06.2026 / 15:26
Qərbi Azərbaycana qayıdış mövzusu Bakı-İrəvan sülh prosesinə daxil edilə bilər...

25.06.2026 / 15:25
İslamofobiya fəlakəti bəşəriyyətin “qapısını döyür”...

25.06.2026 / 15:24
Avropa Orta Dəhliz məsələsini siyasiləşdirməyə başlayır - Azərbaycansız mümkün deyil...

25.06.2026 / 15:20
“Ermənistan və Moldova oyuncaqdır, Ukrayna yolu gedirlər” - Medvedev 4 ölkəni təhqir etdi...

25.06.2026 / 15:14
Hüseyn Quliyev səfir vəzifəsindən geri çağırıldı

25.06.2026 / 15:00
Qalibaf Bakıda Trampa qarşı sərt bəyanatlar verdi...

25.06.2026 / 14:47
Ermənistan hakimiyyətinə qarşı 102-ci Rusiya bazası hərəkətə gətirilir - İrəvan panikada...

25.06.2026 / 14:22
Prezident "Maliyyə icarəsi haqqında" qanunu təsdiqlədi

25.06.2026 / 14:17
Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər

25.06.2026 / 14:09
İslam dünyasının birliyi və ortaq inkişafı naminə Bakı platforması - Millət vəkili yazır

25.06.2026 / 13:42
Trampa partiyadaşlarından ağır zərbə - İranla müharibəyə girməyi qadağan etdilər...

25.06.2026 / 13:36
Su polisi dəniz sahilində narkotiklərə qarşı əməliyyat keçirdi

25.06.2026 / 13:25
Daşınmaz əmlak satıldıqdan sonra hansı hallarda geri qaytarıla bilər?

25.06.2026 / 13:12
DÇ-2026 - çempionatlar tarixinə düşən yeni REKORDLAR...

25.06.2026 / 12:46
Yol polisinin qanuni tələbinə tabe olmaq istəməyən Şamaxı sakini qandallandı

25.06.2026 / 12:17
Əli Əsədov Həştərxan vilayətinin vitse-qubernatoru ilə görüşüb

25.06.2026 / 11:58
Rumıniya Moldova ilə birləşmək üçün hərəkətə keçdi – Senatda müzakirələr başlayır...

25.06.2026 / 11:26
Prezident İlham Əliyev Sloveniya dövlət başçısını təbrik etdi

25.06.2026 / 11:20
AŞPA Gürcüstanda demokratiyanın kritik səviyyəsi barədə qətnamə qəbul etdi...

25.06.2026 / 11:10
İƏTPİ-nin 20-ci sessiyası çərçivəsində Bakı Bəyannaməsi qəbul olundu

25.06.2026 / 11:06
15 yaşadək futbolçular arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək - qərar verildi...

25.06.2026 / 10:58
" Ərdoğandan xahiş etdim ki, İranın tərəfində müharibəyə girməsin" - Tramp inanılmaz şeylər danışdı...

25.06.2026 / 10:42
Zelenskinin təhdidləri işə yaradı – Belarus rele stansiyalarını dayandırır...

25.06.2026 / 10:30
Masallıda çay kənarında çətənə yetişdirən şəxs yaxalandı...

25.06.2026 / 10:14
Venesuelada ard-arda iki güclü zəlzələ - ölənlərin sayı artır…

25.06.2026 / 10:10
Mərdəkanda üç gün əvvəl dənizdə batan dördüncü gəncin də meyiti tapıldı

25.06.2026 / 10:04
Azərbaycan nefti 76 dollara düşdü...

25.06.2026 / 09:55
Vaşinqtonda azərbaycanlıların etnik təmizləməyə məruz qalmasına dair beynəlxalq konfrans keçirildi

25.06.2026 / 09:36
Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilir

25.06.2026 / 09:23
ABŞ İrana ərzaq satacaq, pulunu da dondurulmuş hesablardan çıxacaq - Tramp İran vəsaitlərindən bəhrələnməyin yolunu tapdı...

25.06.2026 / 09:15
Leyla Əliyeva “Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günündə iştirak edib - FOTO

25.06.2026 / 09:08
Mərkəzi Bank kredit götürmək qaydalarını dəyişir...

25.06.2026 / 08:32
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərəyə növbəti köç karvanları yola salındı

25.06.2026 / 07:22
Ukrayna müharibəsi Belarusa sıçraya bilər - Səbəb “reduktorlar”(?)…

24.06.2026 / 23:16
ABŞ İranla anlaşdı, təzminatı isə Körfəz ölkələrinin üzərinə qoyuldu - Qətər: “300 milyardı biz ödəyə bilərik”

24.06.2026 / 23:03
Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı ABŞ Konqresinə müraciət edildi...

24.06.2026 / 22:57
Büdcəmizin debitor borcu 7 milyardı aşır - Palatanın göstərdiyi səbəb əslində “həyəcan təbilidir”...

24.06.2026 / 22:15
Ukrayna dronlarnın Rusiyanı üstələməsinin səbəbi bilindi - Çin ikibaşlı oynayır...

24.06.2026 / 21:56
Çexiyanın prezidenti ilə baş naziri NATO zirvəsinə getmək üstündə bir-birini qırır...

24.06.2026 / 21:43
Əfsanələrə ilham verən qədim şəhər Troya - FOTO

24.06.2026 / 21:07
“Dahilərin görüşü” -Nizami və Əcəmi kompozisiyanın izahı...

24.06.2026 / 20:59
CHP mərkəzi ofisi Kılıçdaroğlu tərəfdarlarının üzünə bağlandı - gənclər barrikada qurdu…

Dövlət qulluğu statusu-dövlətçilikdə Azərbaycan brendi...

XƏBƏR ARXİVİ