Bazar günü günü, 08 noyabr 2026
     

Azərbaycan ABŞ-ı Dağlıq Qarabağdakı qondarma rejimə yardımları dayandırmağa çağırır

Image


"Bu gün ABŞ-da güclü erməni lobbisi mövcuddur. Biz ABŞ-ı ATƏT-in Minsk qrupunun həmsədri kimi qəbul edəndə səhvə yol vermişik". Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Məclisində "Azərbaycan-ABŞ münasibətləri: insan hüquqları, enerji və təhlükəsizlik məsələləri kontekstində" mövzusunda keçirilən dinləmələrdə çıxışı zamanı BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

Q.Həsənquliyev bildirib ki, ABŞ qondarma "Dağlıq Qarabağ respublikası”na Azərbaycandan üç dəfə çox yardım edib: "Bu yaxınlarda ABŞ-da irqçilik əleyhinə yürüşlər keçirilərkən Barak Obama dedi ki, bu bir mentalitet məsələsidir. Başqa ölkələrə gəldikdə isə mentalitet nəzərə alınmır. Bu da onu göstərir ki, ikili standartlar hökm sürür".

Politoloq Elman Nəsirov isə çıxışında deyib ki, Azərbaycan ABŞ-a strateji tərəfdaş kimi baxır. O bildirib ki, Azərbaycan 11 sentyabrdan sonra Əfqanıstanla bağlı məsələlərdə ABŞ-ın yanında oldu və digər məsələlərdə onu dəstəklədi: "Lakin bu, birtərəfli olmamalıdır. Qarşı tərəfdən də gözləntilər var. Niyə görə ABŞ-dan baş verən hadisələrlə bağlı ölkəmiz haqqında layiqli cavab gəlmir? Xüsusilə də Qarabağ məsələsində bizə dəstək göstərmirlər. ABŞ yeganə dövlətdir ki, qondarma "Dağlıq Qarabağ respublikası"na maliyyə dəstəyi göstərir. Ermənistan mətbuatı yazır ki, ABŞ qondarma "Dağlıq Qarabağ respublikası"na 2 milyard maliyyə vəsaiti ayırıb. Bu qondarma rejimin ABŞ-da nümayəndəlikləri açılıb. Düşünürəm ki, bir gün qondarma "Luqansk respublikası" da ABŞ-a müraciət edəcək ki, bizim də orada nümayəndəliyimiz açılsın. Azərbaycan ABŞ-ı strateji tərəfdaş kimi tanıyır, lakin onun 5 ştatı qondarma respublikanı tanıyır. Bu, ABŞ-ın imicinə də zərərdir. Düşünürəm ki, Birləşmiş Ştatların Azərbaycanla bağlı yürütdüyü siyasətdə dəyişiklik olmasa, baş verəcək hadisələrə görə bütün məsuliyyət ABŞ-ın üzərinə düşür. Ən əsası isə 907-ci maddə ləğv olunmayıb. İşğala məruz qalan da biz, günahkar da biz? Bütün bunların hamısı təəssüf ki, var və reallıqdır. Çox istərdim ki, ABŞ-ın bu siyasəti məqsədyönlü və planlı olmasın".

Millət vəkili Çingiz Qənizadə isə "niyə Qərb və ABŞ Azərbaycana münasibətdə ikili standart, ikili mövqe irəli sürür" deyə sual edib: "Onların separatçı rejimlərə münasibəti göstərir ki, həqiqət belədir. Yaxın bir ay ərzində ABŞ-da Azərbaycanla bağlı iki dinləmə keçirilib. Nə baş verir ki, bir ayda belə iki dinləmə keçirməyə vaxt tapılır və insanlar ora dəvət olunur? Bu dinləmələrdə Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı müəyyən iradlar irəli sürülür. Bu tədbirlərin nə qədər obyektiv olduğunu görmək üçün tədbir iştirakçılarına nəzər yetirmək kifayət edir".

O, qeyd edib ki, bu tədbirlərdə ermənipərəst qüvvələr, erməni lobbisinin nümayəndələri və Azərbaycanda radikal müxalifətə meyilli və onlara bağlı qeyri-hökumət təşkilatlarında fəaliyyət göstərən adamlar iştirak edir: "Bir Azərbaycan vətəndaşı kimi qəbul etmədiyim məqam odur ki, bizim bu təmsilçilərimiz hətta separatçı Dağlıq Qarabağ rejimini dəstəkləyən qüvvələrlə bir masa arxasında necə otururlar? Əgər həmin qüvvələr Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi hesab etmirsə, onlarla bir masa arxasında oturmağa dəyməz. Ancaq təəssüf ki, bizim bəzi vətəndaşlarımız öz mənafeləri naminə bu məqamı arxa plana keçirirlər. Azərbaycan müstəqilik əldə etdikdən sonra ölkəmizin milli maraqları hər şeydən önə çəkilib. Azərbaycan milli maraqlardan bir addım kənara çəkilməyən siyasət yürütdüyü üçün bəzi dövlətlər ölkəmizə təzyiqi bu ikili standartlarda görürlər".

Millət vəkili Asim Mollazadə isə bildirib ki, bu cür görüşlərin keçirilməsi ölkədə parlamentarizm ənənələrinin artmasının nəticəsidir: "Bu cür görüşlərin keçirilməsi dövlətimizi gücləndirə bilər. ABŞ ilə bağlı dinləmələri müsbət hesab edirəm. Azərbaycan dünyada görünməmiş vəhşiliklə üzləşib. Bu günlərdə Azərbaycan xalqına qarşı törədilən Xocalı faciəsinin növbəti ildönümü olacaq”.

A.Mollazadə vurğulayıb ki, erməni diasporunun fəaliyyəti nəticəsində ABŞ öz təhlükəsizliyinə də zərər vurur: "ABŞ-da Azərbaycana qarşı yönəlmiş siyasətin arxasında erməni lobbisinin fəaliyyəti dayanır. Baxın görün, digər dövlətlərə qarşı, hətta Ermənistanın kriminal rejiminə qarşı bu münasibət var, ya yoxdur?”

Millət vəkili Fəzail Ağamalı çıxışında qeyd edib ki, Azərbaycan bu gün beynəlxalq dəyərlərə, Avropa dəyərlərinə, insan haqlarına, demokratiyaya söykənən prinsiplərə əsaslanaraq öz yolunu davam etdirir: "Biz bu yolu ona görə seçməmişik ki, ABŞ-ın xoşuna gələndir və ya onun siyasətçilərinin hər hansı bir bəyanatında adımız getsin və yaxud da Avropa ölkələri ilə bizim münasibətlərimizdə hansısa müsbət çalarlar daha yüksək şəkildə ifadə edilsin. Biz bu yolu ona görə seçmişik ki, bu yol bəşəriyyətin son illərdə, son dövrlərdə tutmuş olduğu ən düzgün yoldur. Azərbaycan da o yolla gedir və beynəlxalq aləmdə də, qonşularına da, dünya dövlətlərinə də özünün töhfələrini verməkdədir. Ona görə də mən ABŞ-da Azərbaycanla bağlı mənfi fikirlərin tam mənada subyektiv və qeyri-obyektiv, qərəzli olduğu qənaətindəyəm. Biz ABŞ-a çağırış edirik ki, Azərbaycana qarşı münasibətlərində öz maraqları çərçivəsində çıxış etsin və burada erməni maraqlarını kənara qoysun”.

Millət vəkili Azay Quliyev deyib ki, Azərbaycan ABŞ tərəfindən 907-ci düzəlişin tətbiqi ilə sanksiyaya məruz qalıb, halbuki regionda sanksiyaya məruz qalacaq yeganə ölkə Ermənistandır: "Bizim narazı qaldığımız məqamlardan biri odur ki, ABŞ birbaşa separatçılara maliyyə yardım edir. Hətta bizim rəsmi və qeyri-rəsmi şəkildə buna etirazımız olub, ancaq bundan imtina ediblər. Digər bir məsələ isə odur ki, ABŞ BMT Baş Assambleyasında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səsvermə zamanı neytral mövqe sərgiləyib. Bu ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi üçün yolverilməzdir və biz istənilən şəkildə bunu açıq şəkildə müzakirə etməliyik. Biz vətəndaş cəmiyyəti institutlarını şəffaflığa dəvət edirik. Bundan ABŞ niyə narazı qalmalıdır? Biz deyirik ki, Milli Demokratiya İnstitutu 1 milyon vəsaiti qanunsuz və nağd şəkildə paylamamalı, gəncləri küçələrə çıxartmamalıdır. Bunu müzakirə etməliyik. ABŞ-Azərbaycan parlamentlərarası dialoqu epizodik şəkildə yox, sistemli şəkildə təşkil edilməlidir".

Daha sonra millət vəkili Zahid Oruc da çıxış edərək bildirib ki, son dövrlərdə ABŞ-ın siyasi gündəmində Azərbaycanın belə mühüm yer alması təkcə Cənubi Qafqaz siyasətinin önə çıxması ilə bağlı deyil, daha çox Azərbaycanın iki mühüm ölkəyə münasibəti ilə bağlıdır: "Biri Rusiyadır, ikincisi isə İrandır. Azərbaycanı antirusiya blokuna qoşmağa çalışırlar ki, bu alınmır. Eyni zamanda, Azərbaycanın İrana qarşı mövqeyində sərtləşməsini istəyirlər ki, bu da baş tutmur. Amma Azərbaycan antiamerika blokunda da yer almayıb. Nəyə görə biz bu məsələlərdə beynəlxalq dairələrin mövqeyini eynilə götürüb özümüzə tətbiq etməliyik? Hesab edirəm ki, Azərbaycandan çıxmış Amerika fondları heç də demokratiyaya investisiya yatıran qüvvələr deyildilər”.

Z.Oruc əlavə edib ki, həmin fondlar uzun illər boyu demokratiyanın investisiyası adı altında sadəcə legioner hazırlayıblar: "Azərbaycanın ABŞ-dan, qərb dairələrindən gözləntiləri çox sadədir. Azərbaycan istəyir ki, burada çalışan səfirlər hansısa bir təlim düşərgəsi kimi xüsusi himayə olunan qüvvələri əllərində saxlamasınlar, Azərbaycanla siyasi münasibətlərini yalnız bir ovuc üçüncü sektor təmsilçilərinin üzərindən qurmasınlar, bir radionu Azərbaycan əlehinə təxribat maşınına çevirməsinlər. Azərbaycan ABŞ və Qərb ilə münasibətləri zədələyəcək hər hansı addımlar atmayıb”.

Millət vəkili Sabir Rüstəmxanlı isə qeyd edib ki, ABŞ-ın bölgədəki siyasətində açıq-aşkar ermənipərəst mövqeyi sərgiləməsi bizi narahat edir: "Onlar həmişə bəyan edirlər ki, bizim əsas hədəfimiz terrora qarşı mübarizədir. Amma onlar terrorçu Ermənistanı müdafiə edirlər. Azərbaycan modern İslam ölkəsidir və bu dövlətə qarşı mübarizənin hər zaman şahidi olmuşuq. Beləliklə, İslam aləminə hücum illərdir davam edib. Mən ABŞ nümayəndələri ilə görüşümdə demişəm ki, Birləşmiş Ştatların son illərdə apardığı siyasət onu ölkəmizdə gözdən salır”.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, ABŞ Azərbaycanın strateji müttəfiqidir. Bu strateji müttəfiqlik Azərbaycanın müstəqillik əldə etdiyi dövrdən başlayıb və bu günə qədər də davam edir: "Azərbaycan neft, enerji sektoru ilə əlaqədar ABŞ-ın dəstəyini hər zaman hiss edib. Bizi əhatə edən dövlətlərə nəzər salsaq görərik ki, neft və qaz sektorunda onlar bizə rəqib olan dövlətlərdir. Bu baxımdan onların şəxsi maraqları ilə yanaşı, beynəlxalq maraqları da var. Hesab edirəm ki, böyük dövlətlərin dəstəyi və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin siyasi iradəsi olmasaydı, neft müqavilələri imzalana bilməzdi. Çəkilən kəmərlərə nəzər salsaq görərik ki, onların çəkilməsində ABŞ-ın xüsusi strateji dəstəyi olub. Azərbaycanın hərbi sahədə ABŞ-la strateji əməkdaşlığı var. Azərbaycan hər zaman ABŞ-la strateji müttəfiqliyinə sadiq qalıb".

Tədbirdə çıxış edən digər natiqlər də ABŞ-ı Azərbaycana münasibətdə ikili standartları aradan qaldırmağa, Dağlıq Qarabağ münaqişəsində ədalətli mövqe nümayiş etdirməyə, qondarma "Dağlıq Qarabağ respublikası”na yardımları dayandırmağa çağırıblar.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ