Nərimanov Rayon Məhkəməsində AXCP-nin təşkilat şöbəsinin müdiri Rafiq Daşdəmirlinin həbsdə olan oğlu Sənan Daşdəmirlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması məsələsinə baxılıb.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının APA-ya verdiyi məlumata görə, məhkəmə S. Daşdəmirlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə qərar verib.