Ermənistan Ordusunun bölmələri təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin mövqelərinə hücuma keçməyə cəhd göstərib.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, şəxsi heyətin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi, görülən qabaqlayıcı tədbirlər nəticəsində 2 kəşfiyyat-təxribat qrupunun qarşısı qətiyyətlə alınıb.
Təxribat zamanı Ermənistan tərəfinin xüsusi təyinatlı dəstəsinin komandiri, zabit Tiqran Simonyan da daxil olmaqla bir neçə əsgəri məhv edilib. Düşmən tərəfdən xeyli sayda yaralı var.