İspaniya polisi Avropa ölkələrindən 30-100 min ətrafında adamın döyüşmək üçün Suriya və İraqa getdiyini iiddia edir.
Baki-xeber.com xəbər verir ki, kəşfiyyat qurumları bu günə qədər Avropa ölkələrindən 3-4 min arasında insanın İraq və Suriyada İŞİD-ə və digər terrorçu birləşmələrə qoşulmaq üçün getdiklərini deyirdilər. Ancaq İspan polisi bu rəqəmin 30-100 min arasında olduğunu iddia edir.
«El Pais» qəzeti yazır ki, İraq və Suriyada döyüşənlə Avropaya geri dönmək üçün qaçaqçılardan dəstək alırlar. Əvvəl İspaniyaya gələn İraq və Suriyada döyüşənlər daha sonra müxtəlif yollarla Avropaya dağılırlar. Getdikləri döyüş bölgələrində silah və bomba təlimləri alan bu şəxslərin bir qisimi isə saxta sənədlərlə qaçqın kimi Avropaya gəlir.
Qaçaqçılar gətirdikləri adamlardan 6-10 min avro alırlar. Qeyd edilir ki, keçən il noyabr ayında Madriddə İspaniyaya qaçaq yollarla adam gətirən Türkiyə əlaqəli bir şəbəkəyə qarşı əməliyyat keçirilib.