Suriyada döyüşlərdə iştirak edən daha bir azərbaycanlı öldürülüb. Öldürülən şəxs Xaçmaz rayon sakini, 1987-ci il təvəllüdlü İsmayılov İsmayıl Rafiq oğludur.
Bu barədə APA-ya onun qardaşı Rüstəm İsmayılov məlumat verib.
Onun sözlərinə görə, sosial şəbəkədə qardaşına məxsus profilindən ona İ. İsmayılovun Suriyada öldüyü barədə mesaj göndərilib: "Daha sonra həmin ünvana yenidən məktub göndərib, suallar versəm də, cavab yazan olmadı. Az sonra isə həmin profil silindi”.