Müsavat Partiyası başqanının müavini Elman Fəttahın avtomobilindən oğurluq edilib. APA-nın xəbərinə görə, bu barədə o, özünün "Facebook” səhifəsində məlumat verib.
E. Fəttah bildirib ki, avtomobilinə oğru girib və bir neçə qutu siqaret, ətir və 150 avro məbləğində pulu götürüb: "Monitoru çıxarmaq istəsə də, sonra imtina edib. Hələlik bunları müəyyən edə bildim. Sənədləri götürməyib”.
E. Fəttah bu haqda polisə məlumat verdiyini söyləyib.