Dolma, "Sarı gəlin”, balaban, piti kimi özbəöz türk mədəniyyət nümunələrinə iddia edən ermənilər indi də Azərbaycan xalçalarına göz dikiblər. Anspress-in məlumatına görə, ermənilər bu həyasız iddialarını fevralın 26-da ABŞ-ın Kaliforniya ştatının əsasən ermənilər yaşayan Qlendeyl şəhərində gerçəkləşdirmək niyyətindədirlər.
Həmin gün Morisa Misak-Keleçyana məxsus xalça nümayiş etdiriləcək Sahibi onun Türkiyədən 1920-ci illərdə köçürülmüş yetim erməni qızları tərəfindən toxunduğunu bildirir. Həm də iddia edilir ki, xalça 1925-ci ildə ABŞ prezidenti Kelvin Kulicə hədiyyə verilib. İddiaya görə, xalça nəsildən nəsilə keçib və 1982-ci ildə Ağ Evin kolleksiyasına qayıdıb.